Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elm və təhsilimizin böyük dostu Heydər Əliyev

Elm və təhsilimizin böyük dostu Heydər Əliyev

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı 2022-ci il 29 sentyabr tarixli Sərəncam siyasi olmaqla bərabər, böyük mənəvi əhəmiyyəti olan dövlət sənədidir.

Bu fikir ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Elm və təhsilimizin böyük dostu Heydər Əliyev” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Söhbət təkcə müasir deyil, ümumilikdə Azərbaycan tarixində özünün yerini müəyyənləşdirən, adını əbədi həkk edən böyük dövlət xadimi və siyasətçidən - qüdrətli şəxsiyyət Heydər Əliyevdən gedir. Zəngin həyat yolu və məhsuldar fəaliyyətinin bütün mərhələləri üzvi şəkildə bir-birini bağlayan, unikal şəxsiyyəti ilə həmin bağlantılar arasında həyat fəlsəfəsini ehtiva edən Ümummilli Liderin gördüyü, artıq tarixə çevrilən müstəsna dərəcədə əhəmiyyətli işlər gəncliyin öyrənməli olduğu irsdir. Bu irsin elmi şəkildə araşdırılaraq gəncliyə çatdırılması isə mütəxəssislərin üzərinə düşən vəzifədir. Gəncliyimiz məhz fundamental əsasları elə Heydər Əliyev tərəfindən qoyulan, sonradan Heydər Əliyevin iradəsi ilə qorunaraq saxlanılan, ayaq üstə dayanan və Azərbaycan gəncliyinə əmanət verilən azad, müstəqil, suveren Azərbaycan Respublikasında böyüyüb yetişibdir.

Buna görədir ki, Azərbaycan gəncliyi üçün örnək olan xarakterik xüsusiyyətlərin qabarıq şəkildə yer alması qətiyyən təsadüfi hesab oluna bilməz. Yeni yetişən gənc nəslin təhsili ilə bərabər, onların mənəvi cəhətdən kamilliyinə çalışan təhsil işçiləri müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin titanik əməyi və iradəsi sayəsində ayaq üstə dayanan dövlətin qiymətini hər məqamda xatırlatmalı, onu qorumağın nə qədər həyati məsələ olduğunu diqqətdə saxlamalıdır.

Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsində, 1969-1982-ci illərdə və ondan sonra, Sovet İttifaqının siyasi rəhbərliyində olduğu dövrlərdə və nəhayət, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu zamanlarda təhsil, ədəbiyyat və incəsənət, mədəniyyət məsələlərinə hansı həssaslıqla yanaşdığı belə məsələlərdən biridir.

Bircə o faktı qeyd etmək kifayətdir ki, Ümummilli Liderin rəhbərlik etdiyi ilk beş ildə, 1969-1974-cü illərdə ölkədə 198 elmlər doktoru, 1781 elmlər namizədi hazırlanıb, elmi-tədqiqat institutları, ali məktəblər, elm və təhsil müəssisələri yüksəkixtisaslı peşəkar elmi kadrlarla təmin edilib. Bu illər ərzində ali təhsil müəssisələrinin sayı Azərbaycan Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutunun yaradılması ilə genişlənmişdir. Birbaşa Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə ölkədə yaradılan, gələcək azərbaycanlı hərbi zabitlərin yetişməsində müstəsna rol oynayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi Ümummilli Liderin həyatımızın bütün sahələrinə həssaslıqla yanaşmasının nümunəsidir. Bu gün onlarla azərbaycanlı generalın hərbi karyerasında mühüm yer tutan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məhz Stalin repressiyasının qurbanı, sovetləşmədən sonra ilk azərbaycanlı general, Azərbaycan hərb sənətinə şərəfli generallar bəxş etmiş Naxçıvanskilər nəslinin sonuncu general nümayəndəsinin adı ilə adlandırılmasının çox böyük siyasi və mənəvi yükünün olması da danılmazdır. O mərhələdə Azərbaycanın ali təhsil müəssisələrində 80 mindən artıq ali təhsilli gəncin hazırlanması ilə bərabər, ölkənin peşə məktəbləri şəbəkəsində 95 mindən artıq gəncin orta-ixtisas təhsili alması ilə yanaşı, Ümummilli Liderin azərbaycanlı gənclərin ölkəmizdən kənarda müxtəlif profilli ali məktəblərdə təhsil almasına çalışması və buna nail olması onun təhsil strategiyasının diqqətəlayiq tərkib hissəsi idi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Tartu, Odessa, Kazan, Minsk, həmçinin digər şəhərlərində fəaliyyət göstərən 151 nüfuzlu ali məktəbə təhsil almaq üçün göndərilən gənclərin yüksəkixtisaslı kadrlar kimi Vətənə qayıtması Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı planlarından xəbər verirdi.

Heydər Əliyev fəaliyyəti boyu Azərbaycan dilinə sevgisi və diqqəti ilə fərqlənib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə müttəfiq respublikalarda da analoji sənədin hazırlanaraq qəbul edilməsinə start verildiyi vaxt Azərbaycanda gedən proseslər nəinki İttifaq dövlətində, bütün dünyada müzakirə predmetinə çevrildi. Onu qeyd edək ki, Sovet Sosialist Respublikaları İttifaqının subyekti olan 15 müttəfiq respublika nominal dövlətçilik atributlarına malik idi və həmin o atributlardan biri də hər bir respublikanın Konstitusiyası sayılırdı. Buna baxmayaraq, 30-cu illər Stalin konstitusiyasında rus dilinin dövlət dili kimi təsbit olunması müttəfiq respublikalar üçün də dəyişilməz, prinsipial qaydalardan biri idi və Stalinin ölümündən sonra belə, həmin prinsip toxunulmaz olaraq qalırdı. Belə bir zamanda, SSRİ-nin əbədi göründüyü vaxtlarda, 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verildi. Müzakirələr bitdikdən sonra ölkənin Ali Sovetinin sessiyasında Konstitusiya Komissiyasının Sədri Heydər Əliyev “Azərbaycan Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə ilə çıxış etdi. Məruzədə diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Əsas Qanunun təməl prinsipləri arasında respublikanın milli, tarixi xüsusiyyətləri ilə bərabər, Azərbaycan dilinin dövlət dili statusunun da yer alması heyrətamiz faktlardan oldu. Ümummilli Liderin şəxsi təşəbbüsü və qətiyyətli, inandırıcı səyləri nəticəsində Konstitusiyanın 73-cü maddəsində yazılırdı; “Azərbaycanın Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Xatırlatmaq yerinə düşər ki, SSRİ respublikalarının böyük əksəriyyəti üçün əlçatmaz görünən bu hadisə bilavasitə Heydər Əliyev cəsarətinin gerçəkliyi kimi tariximizə yazıldı. Aradan 17 il keçəndən sonra, 1995-ci ilin oktyabrında, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev suveren bir dövlətin, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Sədri kimi, komissiya iclaslarının birində tarixə dönmüş o günləri yada salıb həmin 73-cü maddədə yazılanları nəzərdə tutaraq deyəcəkdir: “Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Heydər Əliyev böyük dövlət adamı olaraq dilin inkişafını şərtləndirən amilləri bilir və həmin amillərin bərqərar olması üçün bütün maksimum imkanlardan yararlanmağa çalışırdı.

Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra təşəbbüskarı olduğu Dünya Azərbaycanlılarının I qurultayının ruhunu ifadə edən fikirləri ibrətamizdir. Dünya Azərbaycanlılarının Bakıya toplaşan nümayəndələrinə müstəqil dövlətin rəhbərinin söylədiyi ən dəyərli tövsiyə soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, milli dəyərlərimizi və dilimizi qorumaq idi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Həmin tarixi hadisədən, Dünya Azərbaycanlılarının I qurultayından altı il sonra dilimizlə bağlı ölkə Prezidentinin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman irəliyə atılmış yeni və tarixi bir addım oldu.

Heydər Əliyevin dil siyasətində sərhəd məhdudiyyəti yoxdur. XXI əsrdə dünya türklərinin lideri, ağsaqqalı Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənmir, o, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görürdü. Ümummilli Lider 2003-cü il fevralın 6-da Bakı şəhərində TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısının iştirakçılarını qəbul edərkən türk xalqlarının birliyi ilə bağlı olan çox mühüm məqamı bu cür ifadə edirdi: “...Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi vacib məsələdir. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur. Bizi bir-birimizə bağlayan nədir? Bu, dilimizin eyni kökdən olmasıdır. Düzdür, bəziləri bir-birlərini başa düşmürlər, amma biz dilimizə görə bir kökdən gəlmiş xalqlarıq. İkincisi, bizim müstəqil mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar türkdilli xalqları həmişə, əsrlər boyu bir-biri ilə bağlayıb, birləşdirib, bir-biri ilə yaxınlaşdırıb”.

Belə bir faktı qeyd etmək yerinə düşər ki, bu, Heydər Əliyevin bir insan, vətəndaş, xalqının oğlu olaraq qürur duyub xatırladığı yeganə hadisə deyildi və həmin hadisələri spesifik metodologiya ilə tədqiqatı bunu təsdiq edir. Bu, böyük dövlət adamının, Azərbaycan mədəniyyəti və ədəbiyyatının, incəsənətinin dostu olaraq ömrünün sonuna qədər də o cür qalan siyasət nəhənginin həyat və fəaliyyətinin mənası idi.

Ümummilli Liderin adını Azərbaycan xalqının ədəbiyyat və ictimai fikir tarixinə əbədi həkk etdirmiş, Azərbaycan Sosialist Respublikası Xalq Komissarları Sovetinin ilk sədri, görkəmli yazıçı və dramaturq Nəriman Nəcəf oğlu Nərimanovun adının əbədiləşdirilməsi istiqamətində gördüyü işlər də onun həyat fəlsəfəsindən xəbər verir. Azərbaycanda ilk kommunistlərdən biri olan, xalqının nicat və xoşbəxtlik yolunu sosializmdə görən doktor Nəriman Nərimanov hələ Xalq Komissarları Sovetinin sədri olarkən Bakıda yüksək partiya və hökumət vəzifələrində çalışan erməni millətçilərinin və onların təsiri altındakı digər millətlərin nümayəndələrinin (təəssüf ki, onların arasında azərbaycanlılar da az deyildi) qərəzli hücumuna məruz qaldı. Əlbəttə, hücum edənlərin xalqını göz bəbəyi kimi sevən bir insana “millətçi” damğası vurması elə bir çətinlik tələb etmirdi və bu belə də oldu. Nəriman Nərimanova hücumlar elə bir həddə çatdı ki, nəhayət, onu şəxsən tanıyan Vladimir İliç Lenin çıxış yolunu doktor Nərimanovu Moskvaya aparmaqda gördü. Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri olan Nəriman Nərimanov burada da Kommunist Partiyasının Baş katibi olan, intriqalar içində hakimiyyətini genişləndirməklə bərabər, dərinləşdirməyi də bacaran İosif Stalinin hədəfinə çevrildi. 54 yaşında həyatdan gedən, Kreml divarları yanında dəfn edilməyə layiq görülən Nəriman Nərimanovun fiziki ömrünün Stalin repressiyasının qurbanına çevrilməsi mümkün olmasa da, onun ölümündən sonra, “xalqlar atası”nın birbaşa göstərişi ilə Nəriman Nərimanova “millətçi” damğası vurularaq adının çəkilməsi yasaqlandı. İllər sonra Stalinin ölümünə, repressiya qurbanlarının reabilitasiya olunmalarına baxmayaraq, Nərimanovun adı üzərindən qara pərdə qalmaqda davam edirdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 5-6 ay sonra, Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ərəfəsində o, xalqının maariflənməsi yolunda sonuncu imkanlarını belə əsirgəməyən böyük maarifçi və ədəbiyyat adamının, görkəmli dövlət xadiminin müdafiəsinə qalxdı. Heydər Əliyev vaxtilə Nəriman Nərimanova atılan böhtan və iftiraların əsassızlığını ortaya qoyaraq, Kremlin ozamankı ideoloqlarını, həmçinin Siyasi Büronun rəhbərliyini Nərimanovun haqsız yerə təqib olunduğuna inandıra bildi. Ümummilli Liderin Kremlin müqavimətini qırmağı iki il vaxt aparsa da, uğurla nəticələndi və Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun anadan olmasının 100 illiyi vaxtında, 1970-ci ildə deyil, iki il sonra, 1972-ci ilin iyununda keçirildi. Bu, Heydər Əliyevin təkcə Nərimanovun bədxahları üzərində deyil, bədxahların söykəndiyi şər üzərindəki möhtəşəm qələbəsi olmaqla bərabər, ədalətin çaldığı zəfər idi.

Bunlarla belə, onun fəaliyyətində ədəbiyyata və ədəbiyyat xadimlərinə münasibəti, həmin münasibəti şərtləndirən qayğısı hər məqamda görünür. Bu, böyük vətəndaş yanğısının simvolu olan ölməz əməllərdəndir. Onlardan biri kimi, Azərbaycan poeziyası və dramaturgiyasının görkəmli nümayəndələrindən birinin, ədəbiyyat tariximizdə olduğu kimi, xalqımızın maarifçilik tarixində də silinməz izlər qoyan, yaradıcılığı ilə bərabər, şəxsi həyatında da əyilməzlik simvoluna çevrilən Hüseyn Cavidə münasibətin təqdimatıdır. Ötən əsrin 30-cu illərinin qanlı repressiya maşınının qurbanı, uzaq Sibirdə, Kalımdakı düşərgədə həyatını faciəli şəkildə bitirən Hüseyn Cavidin anadan olmasının 100 illiyi ərəfəsində Heydər Əliyev ancaq onun edə biləcəyi addımı atır. Böyük şair və dramaturqun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra o, Sibir həbsxanasında vəfat etmiş şairin qəbrini axtarıb tapdırır və nəşinin Azərbaycana gətirilməsinə nail olur. Böyük ehtiramla Vətənə gətirilən Hüseyn Cavid ilə Bakıdakı vida mərasimindən sonra o, doğulduğu torpağa verilmək üçün Naxçıvana yola salınır.

Heydər Əliyevin obrazını təşkil edən qatlar İmadəddin Nəsimi, ya Üzeyir Hacıbəyov, Cəfər Cabbarı, yaxud Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Aşıq Ələsgər, Molla Pənah Vaqif və onlarla digər yaradıcı insanlara münasibətdə açılır. Bu obrazın hər bir qatında xalıqının bu günü ilə çuğlaşan tarixi keçmişinə hörmətlə bərabər, gələcək nəsillər qarşısında məsuliyyət hissini görmək mümkündür.

Bu, ovaxtkı Sovetlər İttifaqında Azərbaycanın rəhbəri Heydər Əliyevin misilsiz cəsarətinin nəticəsi idi. Yada salaq ki, 1930-cu illər Azərbaycan poeziyasının gənc olmasına baxmayaraq, ən istedadlı nümayəndələrindən biri, repressiya qurbanı olmuş Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi də Ümummilli Liderin bu sahədəki xidmətlərindən biridir.

Görkəmli dramaturq Cəfər Cabbarlının ədəbi irsinin nəyə görə xüsusi qiymətləndirməsi Heydər Əliyevin xalqımızın ən gözəl keyfiyyətlərinin ədəbiyyatda bərqərar olunması işinin davamı sayıla bilər. Məhz həmin keyfiyyətlərdir ki, millətin gələcək yolunu uzadır, onu mənalı və qaynar cəmiyyətə aparır: “Cabbarlının həyatı öz böyük istedadını xalqa... xidmət göstərməyə həsr etmiş möhkəm əqidəli və coşqun ehtiraslı döyüşçünün, alovlu vətəndaşın həyatıdır”.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

İstər sovet Azərbaycanının rəhbəri, istərsə də müstəqil ölkənin Prezidenti kimi, əlbəttə, Ümummilli Liderin işi başından aşır, lakin bu “başdan aşan” işlərin məcrasında xalqının vətənpərvərliyini, mənəvi tərbiyəsini önə çəkən rəhbərin parlaq obrazı dayanırdı. Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında, ayrı-ayrı ədəbiyyat və mədəniyyət xadimlərinin yubiley tədbirlərində söz demək üçün imkan yaranan hər məqamda Heydər Əliyev “insan qəlbinin mühəndisi olan yazıçılara” sadə bir oxucu olaraq müraciət edir, gələcək nəslin tərbiyə işində onların missiyasını yada salırdı: “Sizin əsərləriniz adamları keçmişin qalıqlarına, bunlara laqeyd münasibətə qarşı barışmaz mübarizəyə səsləməli və qaldırmalıdır, həyatımızda işıqlı, fərəhli qüvvələri və hadisələri təsdiq etməli, ucaltmalıdır”.

Gəncliyin niyə istənilən prosesin “vintciyi və təkərciyi” olmadığını, əksinə, bir sıra hallarda onun lokomotivinə çevrildiyini xatırladan Heydər Əliyev həmin gəncliyə qayğının vacibliyi ilə bərabər, onlardan məsuliyyət tələb edilməsinin xüsusi əhəmiyyətindən danışmaqla bəşəriyyətin formalaşdığı zamandan bəri onun vacib “atalar və oğullar” polemikasının əhəmiyyətini yada salırdı. Həmin polemikanın əbədi sualları gündəmdə olduğu qədər hər bir cəmiyyət inkişafa doğru gedəcək deyən ümummilli liderimiz bu zaman mənəvi məsuliyyəti də yada salırdı: “Yalnız o yazıçının insan zəkasına və qəlbinə təsir göstərmək kimi böyük mənəvi hüququ var ki, o, ictimai həyatda da, şəxsi davranışı ilə də öz oxucusuna doğrudan da nümunə ola bilər, yəni xalq qarşısında öz mənəvi məsuliyyətini bütün dərinliyi ilə dərk edir”.

Dünyaya yeni baxış ona görə lazım deyil ki, keçmişdə olanların üstündən xətt çəkəsən, əksinə, yeni baxış ona görə lazımdır ki, keçmişdə olan ən yaxşıları yaradıcılıqla inkişaf etdirib yeni nəfəs verəsən. Bu, tərəqqiyə çəkən sadə yollardan biridir və Ümummilli Lider həmin yolla getməyi məqbul sayır, bu yolda ədəbiyyatı yaradan müasirləri qarşısında duran vəzifələri bir daha yada salırdı.

Yazıçının “özü, onun istedad və məsuliyyəti” ilə yanaşı, ədəbiyyatın bütün mənalarda, inkişafında ədəbi tənqidin yerini və oynayacağı rolu xatırladırdı. O, hesab edirdi ki, bu inkişafda tənqidçilərin missiyası ancaq yaranmış və yaranan ədəbiyyat nümunələrindəki ideya xəttinin deyil, həmin xəttin oxucunun həyatında yerini müəyyənləşdirmək də olmamalıdır; ədəbi tənqidin vəzifəsi “oxucu və yazıçı” tandeminin düzgün qurulması işində ən qərəzsiz arbitr rolunu oynamaqdan ibarətdir. Bunlar sovet Azərbaycanına rəhbərlik etmiş müdrik rəhbərin gələcək nəslin tərbiyə işi ilə bağlı keçirdiyi narahatlıq hissləridir. Bu, ancaq böyük vətənpərvər insanlara xas olan narahatlıq duyğularıdır, vətənin sabahı üçün məsuliyyət daşıyan, xalqının daha işıqlı gələcəyi üçün əsaslı zəminlər yaratmaq istəyi ilə ifadə olunan sözlərdir.

Heydər Əliyevin siyasi varisi, xalqımızın son 250 illik tarixinin ən böyük Qələbəsinin memarı Prezident İlham Əliyev Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri belə xarakterizə edir: “Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı”.

Onu vurğulayaq ki, günümüzdə Ulu Öndərin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirən Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənib, regionda liderliyi təmin edilib. Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir.

Ümummilli Liderin təkcə adını deyil, onun əməllərini yaşadan, siyasi arzularını həyata keçirən Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında elm və təhsilin hamisi, müxtəlif sosial layihələrin müəllifi kimi ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır.

Bu, ümumilikdə Heydər Əliyevin siyasətdə və dövlət idarəetməsində yaratdığı kursun, varislik prinsipinin görünən tərəfləridir. Apardığı böyük işlərin miqyasını aydın təsəvvür edən və onunla haqlı olaraq qürur duyan Ümummilli Lider qazandığı hər bir uğuru şərtləndirən faktor kimi, yeganə dayaq nöqtəsi olaraq doğma xalqını görürdü. Buna görədir ki, dünyanın ən nüfuzlu siyasət adamları cərgəsinə qatılan, xalqının böyük sevgi ilə ümummilli adlandırdığı böyük şəxsiyyət qürurla deyirdi: “Hər zaman fəxr etmişəm ki, mən azərbaycanlıyam!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb