Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
Bakı, 19 may, AZƏRTAC
Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev səsləndirib.
“Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:38]
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
- 23.09.2026 [11:02]
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:00]
Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb
- 23.09.2026 [07:18]
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
- 23.09.2026 [04:05]