İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şirvan şəhərində Aran bölgəsindən olan vətəndaşları qəbul etmişdir
Şirvan, 24 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 24-də komitənin Şirvan Ərazi Qeydiyyat İdarəsində Şirvan şəhərindən, həmçinin Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul etmiş, onların şikayət və təkliflərini dinləmişdir.
AZƏRTAC xəbər verir ki, qəbulda vətəndaşlar tərəfindən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı qaldırılan müraciətlər dinlənilmiş, onlarla müvafiq izahat işləri aparılmışdır.
Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həll olunmuş, digər müraciətlər isə müvafiq ərazi bölmələri tərəfindən dərhal həll edilməsi üçün göstərişlər verilmişdir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.