MƏDƏNİYYƏT
Ən heyrətamiz kitab dizaynları
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika-biblioqrafiya şöbəsi izləyicilərə kitablar və mütaliə mədəniyyəti, qeyri-adi kitab dizaynları haqqında videoçarx təqdim edib.
Bu barədə AZƏRTAC-a Baş İdarədən məlumat verilib.
Bildirilib ki, insanlar gündəlik olaraq kitablarla qarşılaşırlar. Bu gün elektron kitabların sayı da durmadan artır. Amma nəşr edilən kitablar arasında elə poliqrafik şedevrlərlə rast gəlirik ki, onların yanından sadəcə laqeyd ötüb keçmək qeyri-mümkündür. Onları oxuyur, kolleksiya toplayır, hədiyyə edirlər, axı yaxşı kitab həmişə ən dəyərli və nəcib hədiyyələr sırasında yer alır.
Belə deyirlər ki, kitablar haqqında onların üz qabığına görə mühakimə yürütmək olmaz.
Xəzər rayon MKS-i bu dəfə dəyərli izləyicilərinə cildlər və üz qabıqları haqqında bütün təsəvvürləri dəyişəcək, ən heyrətamiz dizayner kitabları haqqında hazırladığı videoçarxı (https://youtu.be/xQ_m1cD-s_k) təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]