ELM VƏ TƏHSİL
Ən yaxşı vətənpərvər tədqiqatçı alimə qızıl medal təqdim olunub
![](/files/galleryphoto/2015/3/1200x630/14479496272282929555_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14479496273943629148_1200x630.jpg)
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun parazitologiya şöbəsinin və su heyvanlarının parazitləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru Asif Manafov “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, eləcə də ölkəmizin su hövzələrindəki müxtəlif təsnifat qruplarından olan canlıların kompleks şəkildə araşdırılması sahəsində apardığı uğurlu elmi tədqiqatlara, elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycan biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə layiq görülüb.