Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657) aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin