REGİONLAR
Erkən nikah ciddi problemlər yaradır
Ağcabədi, 16 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı qadınlar şurasının Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi ilə birlikdə həyata keçirdiyi “Erkən nikah-qadın təhsilinin ölümüdür” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi yeniyetmə və gənclərin təhsilə cəlb edilməsi, xüsusilə qızların təhsildən yayınmasına səbəb olan erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.
Layihənin icrası ilə bağlı rayonun Cəfərbəyli, Rəncbərlər, Hüsülü, Xocavənd, Nəcəfqulubəyli, Qaradolaq, Mehrablı, Şərəfxanlı, Kəhrizli və Salmanbəyli kəndlərində görüşlər keçirilib. Təhsil işçilərinin, rayon ictimaiyyəti nümayəndələrinin, erkən nikahdan zərər çəkən valideynlərin və gənc qadınların iştirakı ilə keçirilən görüşlərdə erkən nikahın fəsadlarından danışılıb, problemin həlli istiqamətində təkliflər səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]