SİYASƏT
Erməni silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar
Bakı, 19 iyul (AZƏRTAC). Erməni silahlı bölmələri iyulun 18-də gün ərzində və iyulun 19-da gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində, Azərbaycan Respublikasının Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozmuşlar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.