SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Bakı, 21 sentyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 07.55-dən 08.15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndindəki mövqelərimizi, saat 06.45-dən 07.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi, saat 20.20-dən 20.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi, sentyabrın 21-də saat 06.25- dən 06.35-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.