Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əsrin müqaviləsindən” “Yeni Əsrin müqaviləsi”nə gedən yol

Azərbaycanın neft epopeyasının uğurlu davamı Prezident İlham Əliyevin adı ilə bağlıdır

Bakı, 25 dekabr, AZƏRTAC

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər “Əsrin müqaviləsi”ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Ötən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bu uğurların davamı kimi “Yeni Əsrin müqaviləsi” imzalandı və neft kontraktlarının müddəti 2050-ci ilə qədər uzadıldı.

AZƏRTAC “Əsrin müqaviləsi”ndən “Yeni Əsrin müqaviləsi”nə gedən yola, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi müdrik siyasətinə, Azərbaycanı zirvələrə yüksəldən neft strategiyasına nəzər salır.

“Əsrin müqaviləsi” imzalanan ərəfələrdə hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyulur. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları aparıldı, müxtəlif iftiralar uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu düzgün yoldan döndərə bilmədi.

Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün zəmin hazırlayırdı, yaranmış imkanı həyatda gerçəkləşdirmək lazım idi. Burada da Heydər Əliyev dühası özünü göstərdi, sonra isə İlham Əliyev neft strategiyasını daha da zənginləşdirərək yeni layihələrə imza atdı.

Ulu Öndərin Azərbaycanın işıqlı taleyini müəyyənləşdirən neft strategiyasının təməlini qoyduğu həmin illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev artıq bu strategiyanı mənimsəməyə başlamışdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı danışıqlar gedən zaman Azərbaycanın qarşısına Xəzər dənizinin hüquqi statusunun həll edilməsi ilə bağlı şərt qoyulmuşdu. Belə bir məqamda məhz İlham Əliyev bu barədə Ulu Öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib məsələni yoluna qoydu.

Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirərək, alimlik elmi dərəcəsi alan İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini dərindən bilməsi, tərəfdaşlarla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərmanı elan edildi. 1994-cü il sentyabrın 20-də isə Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan məşhur Saziş imzalandı.

“Çıraq” yatağından ilk neft 1997-ci il noyabrın 7-də əldə edildi. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatdı. Son 27 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

“Əsrin müqaviləsi”ndən sonra qarşıda daha bir hədəf - əsas ixrac boru kəmərinin çəkilməsi dayanırdı. Ulu Öndər tərəfindən təməli qoyulan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi Prezident İlham Əliyevin səyləri ilə reallaşdı. Başqa sözlə desək, BTC Heydər Əliyev dühasının möhtəşəm proqramı, İlham Əliyev hakimiyyətinin real əsəridir. Ümumiyyətlə isə Azərbaycanın yeni neft strategiyasının ayrı-ayrı detalları ilə bağlı danışıqların aparılmasını, müvafiq sazişlərin imzalanmasını təhlil edəndə görünür ki, bunların hamısı əvvəlcədən dəqiq ölçülüb-biçilmiş bir strateji planın tərkib hissələridir.

Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri, həmçinin institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.

Bu məqamda AÇG-nin möhtəşəm nailiyyətlərini nümayiş etdirən bir neçə əsas məqamı xatırlatmaq yerinə düşər. Bu il sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı daha bir şanlı səhifə yazdı - yataqdan 4 milyardıncı barel neft hasil edildi. Layihə çərçivəsində indiyədək 40 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 50 milyard kubmetr səmt qazı Azərbaycana təhvil verilib, 3,7 milyard barel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilərək dünya bazarlarına çıxarılıb. Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 154 milyard 670 milyon dolları ötüb.

Dünyada baş verən maliyyə böhranını, neft qiymətlərinin aşağı düşməsini və sair qlobal hadisələri fürsət bilən, Azərbaycanın uğurlu neft strategiyasını gözügötürməyənlər, əldə edilən uğurlara daim məkrli yanaşanlar ictimai rəydə çaşqınlıq yaratmağa cəhd göstərirdi. Bunun cavabı çox gecikmədi. “Şahdəniz-2” layihəsi çərçivəsində Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin 2017-ci il sentyabrın 6-da təqdimat mərasimi zamanı Prezident İlham Əliyevin AÇG yatağı ilə bağlı söylədiyi fikirlər Azərbaycanın neft ehtiyatları barədə şayiələrə nöqtə qoydu. “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”, - deyən Prezident İlham Əliyevin açıqlamasından aydın oldu ki, ölkəmizdə yeni neft erasının başlanğıcı qoyulur.

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladı. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı.

Beləliklə “Yeni Əsrin müqaviləsi” yeni şərtlər ilə Azərbaycanın neft siyasətində növbəti uğurların başlanğıcını qoydu. Yeni müqavilənin imzalanması onu göstərdi ki, yataqların gələcək dövrdə işlənilməsində maraqlı olan xarici neft şirkətləri var və Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkədir. Etibarlı tərəfdaş kimi xarici sərmayədarların diqqətini cəlb edir. Lakin dəyişən bir mühüm məqam var ki, “Yeni Əsrin müqaviləsi”ndə bütün şərtləri Azərbaycan diktə edir.

Azərbaycanın götürdüyü düzgün xətt davamlıdır. Prezident İlham Əliyevin yeni müqavilənin imzalanmasında dediyi kimi: “Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz olacaq ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.

“Yeni Əsrin müqaviləsi”, eyni zamanda, Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu, ölkəmizlə tərəfdaşlıq edən subyektlər arasında ciddi etimad mühitinin formalaşdığını göstərir. Xüsusilə də, uzun müddət ölkəmizlə uğurlu əməkdaşlıq edən BP şirkəti ilə praqmatik işbirliyi yaranıb. Prezident İlham Əliyev bu məqamları xüsusi vurğulayaraq deyib: “Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni, BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı-Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda - SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir”.

Qeyd edək ki, hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP-30,37 faiz, “AzACG” (SOCAR)-25 faiz, “MOL”-9,57 faiz, “Inpex”-9,31 faiz, “Equinor”-7,27 faiz, “ExxonMobil”-6,79 faiz, “TP”-5,73 faiz, “Itochu”-3,65 faiz və “ONGC Videsh Limited” (OVL)-2,31 faiz.

Bütün bunlar göstərir ki, Azərbaycanın dinamik inkişafını təmin edən neft siyasəti, “Əsrin müqaviləsi”ndən “Yeni Əsrin müqaviləsi”nədək keçilən uğurlu yol məhz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası əsasında mümkün olub. Ulu Öndərin siyasi-iqtisadi kursuna sadiq qalan dövlətimizin başçısı bu yolla müstəqilliyimizi daha da möhkəmləndirir, Azərbaycanı güclü iqtisadiyyata malik qüdrətli ölkəyə çevirir. Vətən müharibəsində qazanılmış şanlı Qələbə məhz bu uğurlu siyasətin bariz nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

“Gotion High-tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

Azərbaycanda qarğıdalı sahələrinin sığortasına başlanılıb

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Roma Papası XIV Leodan

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub

Deportasiya qurbanlarının qayıdışına dair beynəlxalq konfransa hazırlıq işləri aparılır

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Mərkəzi Bank maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsini təsdiqləyib

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə

Mədəniyyət naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb