İQTİSADİYYAT
“Expressbank” Bərdə şəhərində yeni filialını açıb
Bakı, 22 may, AZƏRTAC
“Expressbank” 18-ci filialını Bərdə şəhərində açıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Bərdə şəhəri Heydər Əliyev prospekti, 88A ünvanında yerləşən filial müştərilərə müxtəlif kredit məhsulları və xidmətlər göstərəcək.
Bankın idarə heyəti sədrinin müavini Əli İmanov deyib: “Bu gün “Expressbank” altıncı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filiallarımızın açılacağı planlaşdırılır”.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.