MƏDƏNİYYƏT
“Fanta” gənclik festivalının xüsusi qonağı Türkiyənin estrada ulduzu Kənan Doğulu olacaq
Festival çərçivəsində təşkil olunacaq konsertdə Azərbaycan və Türkiyənin tanınmış estrada ulduzları çıxış edəcəklər. Konsertin əsas ifaçısı Türkiyənin tanınmış estrada müğənnisi Kənan Doğulu olacaq. O, səhnəni Azərbaycanın məşhur müğənniləri Miri Yusif və Natəvan Həbibi ilə bölüşəcək.
Festivalda iştirak etmək istəyənlər sentyabrın 26-dək 10 ədəd yaşıl “Fanta” qapağını toplayaraq, Bakıda yerləşən bilet dəyişmə məntəqələrindən (“Metro Park”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərində) birinə təqdim etməklə bilet ala bilərlər. Biletləri, həmçinin 106FM radiostansiyasında keçirilən xüsusi müsabiqədə iştirak edərək qazanmaq da mümkündür.
Tədbir zamanı “Fanta” oyun zonası təşkil olunacaq və festivalın bütün iştirakçıları bu zonadan yararlanaraq, qeyri-adi sumo yarışında iştirak edib, stolüstü futbol və böyük boulinq oynaya biləcəklər.
Festival iştirakçıları Kənan Doğulu, Miri Yusif və Natəvan Həbibi ilə səhnədə “selfie” üslubunda şəkil çəkdirmək imkanı da əldə edəcəklər. Sentyabrın 26-dək maraqlı “selfi” şəkillərini öncədən www.fantafestivali.com veb-səhifəsində yerləşdirən gənclər arasından ən çox bəyənilən şəkil müəllifləri qalib olaraq, səhnəyə dəvət ediləcəklər.
Türkiyədə ən böyük və uzunömürlü olan “Fanta” gənclik festivalı 12 il ərzində 16 şəhərdə təşkil olunub və 4,1 milyon iştirakçı cəlb edib.