Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi – son 5 ildə aqrar sahədə həyata keçirilən islahatlara qısa baxış

Fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi – son 5 ildə aqrar sahədə həyata keçirilən islahatlara qısa baxış

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox uğurlara imza atıb, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlər əldə olunub. Bu nailiyyətlərin arxasında heç şübhəsiz ki, ölkəmizin ildən-ilə artan iqtisadi qüdrəti dayanır. Buna isə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi inkişafın sürətləndirilməsi, əsasən də qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən və son illərdə də uğurla davam etdirilən islahatlar nəticəsində nail olunub. Ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri də kənd təsərrüfatıdır. Bu sahədə də önəmli islahatlar reallaşdırılıb, mühüm nailiyyətlər əldə olunub. Son 5 ilə nəzər salsaq görərik ki, islahatlar nəticəsində 2018-ci ildə kənd təsərrüfatı sahəsində 4,6 faiz, 2019-cu ildə 7,2 faiz, 2020-ci ildə 2 faiz, 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 3,4 faiz artım qeydə alınıb.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadənin 2018-2022-ci illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlara dair məqaləsini təqdim edir.

Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatında da son 5 ildə həyata keçirilən hərtərəfli islahatlar sayəsində davamlı inkişaf əldə edilib. Dövlət başçısı tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının dayanıqlı inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurulub, aqrar sahənin potensialının artırılması üçün innovativ texnika və texnologiyaların tətbiqi və istehsalda yeni mütərəqqi üsullara keçidin əhatə dairəsi daha da genişləndirilib. Bu görülən işlər hesabına ölkədə ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına daha da gücləndirilməsi və idxaldan asılılığın azaldılması, bir sıra məhsullar üzrə ixracın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Son illərdə aqrar sahənin inkişafı üçün görülən işlər sırasında kənd təsərrüfatının rəqəmsallaşdırılması yönündə atılan ən vacib və əhəmiyyətli addım kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılmasını göstərmək olar.

EKTİS kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid sistem, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən şəffaf və operativ idarəetmə alətidir.

EKTİS-də qərarların verilməsinə kömək edən və gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın toplanılması və yaradılması imkanları var. Bu sistem kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulması, proseslərin tamamlanması, müasir texniki həllərin tətbiqi, hərtərəfli analizlərin aparılması və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyalar alternativsiz olaraq yalnız EKTİS vasitəsilə verilir. Bu, fermerlərə dair daha detallı məlumatların əldə edilməsi və sistemləşdirilməsinə şərait yaradır. Belə ki, əkinlərini bəyan edən fermerlərin rayon və kəndlər üzrə sayı, bəyan edilən ərazi, təsərrüfat profili, həmçinin məhsul və heyvan subsidiyasına dair məlumatlar strukturlaşdırılaraq təhlil olunur.

Bir sözlə, EKTİS hesabına fermerlər və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılması, subsidiyaların verilməsi sahəsində şəffaflığın artırılması, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi üçün proqnozlaşdırma, koordinasiya və nəzarət imkanlarının təmin edilməsi kimi məqsədlər artıq tam olaraq reallaşıb. Hazırda EKTİS vasitəsilə 600 mindən çox subyektin dövlət xidmətlərinə elektron qaydada birbaşa əlçatanlığı təmin edilib. EKTİS fermerlər, subsidiya, təchizat, tədarük və digər sahələrdə fəaliyyətin idarəedilməsində əsas iştirakçıdır və elektron qaydada informasiya- məsləhət xidmətinin göstərilməsini təmin edə bilir.

Ümumiyyətlə, kənd təsərrüfatı istehsalının təşviq aləti kimi tətbiq edilən yeni subsidiya mexanizmləri üçün səciyyəvi olan 3 önəmli cəhəti ayırmaq olar.

Birincisi, subsidiyalar ölkənin aqrar sahədə malik olduğu müqayisəli üstünlüklərinin reallaşdırılması və səmərəli ixtisaslaşmanın aparılması məqsədlərinə xidmət edir. Məsələn, subsidiyalar təbii-iqlim şəraitinin yaratdığı imkanlara görə Azərbaycanda istehsalı yüksək iqtisadi səmərəliliyə malik olan meyvə bağlarının genişləndirilməsinə böyük həcmdə investisiyaların qoyulmasını ciddi şəkildə stimullaşdırır.

İkincisi, subsidiyalar kənd təsərrüfatının innovasiyaların tətbiqinin genişləndirilməsi əsasında inkişafını təşviq edir. Subsidiyalar yeni texnikaların, habelə intensiv texnologiyaların tətbiqinin və müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi, yüksək məhsuldar cinslərə aid mal-qaranın əldə edilməsi imkanlarını artırır.

Üçüncüsü, subsidiyalar vasitəsilə torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadə stimullaşdırılmaqla, kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması dəstəklənir. Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı ilə tətbiq olunan yeni mexanizmi göstərmək olar. Bu Fərmanla yaradılan yeni dəstək mexanizminə görə, pivot suvarma tətbiq etməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası da ödəniləcək.

Subsidiya prosesində şəffaflığın vacib şərtlərindən biri kimi, ümumilikdə isə fermerlərin torpaq mülkiyyəti hüququnun təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, pay torpaqları üzərində istifadə hüququna dair sənədi olmayan fermerlərin 2021-ci ildən etibarən dövlət rüsumu və xidmət haqqı olmadan çıxarışların verilməsi təmin edildi. Vahid torpaq sənədinin tətbiqi üçün yenilənmə prosesinə başlandı. Artıq çıxarış əldə etmiş fermerlərin sayı 23 faizdən 43 faizə yüksəlib.

Son illərdə aqrar sahədə aparılan islahatlara ən böyük töhfələrdən biri də ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Bu işlərə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il dekabrın 20-də imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman vüsət verdi. Fərmanın məqsədi kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə idi. Artıq əminliklə demək olar ki, bu məqsədə nail olunub. Hazırda kənd təsərrüfatı texnikası bazarı tam liberallaşıb. Bu işlə bir neçə ildir özəl şirkətlər məşğul olmaqdadır. Yeni islahatla bu sahədə inhisarçılıq ortadan qaldırılıb, bazar iqtisadiyyatına uyğun mexanizm formalaşdırılıb. Bununla belə, texnika və damazlıq heyvanların alışında fermerlərə dövlət dəstəyi davam etdirilir. Eləcə də dövlət soyuducu anbar və avadanlıqlarının güzəştli satınalınmasına dəstək verir.

Kənd təsərrüfatının inkişafı istiqamətində daha bir mühüm addım dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmidir. Bununla bağlı Prezident İlham Əliyev 2019-cu il avqustun 19-da “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bununla da aqrar sığorta sahəsində bir neçə ölkədə tətbiq olunan modellər öyrənilib, bu modellər əsasında Aqrar Sığorta Fondu yaradılıb, aqrar sığorta mexanizminin tətbiqi təmin edilib.

Aqrar sığorta mexanizmi kommersiya məqsədi daşımır, könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu mexanizm hesablanmış sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutur.

Dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.

Aqrar sığorta kənd təsərrüfatı heyvanlarının sığortasını da ehtiva edir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.

Fermerlərin əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişlərini rahatlıqla öyrənə bilmələri üçün Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” yaradılıb. Fondun bölgələrdə filialları fəaliyyətə başlayıb.

Aqrar sahədə davamlı inkişafın təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini 3 prinsip üzərində - fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Son illər aqrar sahədə həyata keçirilən institusional islahatlar da bu prinsiplərə əsaslanır. Bu istiqamətdə görülən işlərdən biri də fermerlərə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətlərə əlçatanlığın artırılması ilə bağlıdır. Bunun təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında 2019-cu ildə Aqrar Xidmətlər Agentliyi (AXA) yaradıldı.

Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilini və göstərilməsinə nəzarəti həyata keçirir. Bu Agentliyin yaradılması optimallaşmanı, idarəetmədə çevikliyi və səmərəliliyi təmin edir, aqrar xidmətlərdə vahid standartların tətbiqinə imkan verir.

Aqrar sahədə göstərilən xidmətlərinin effektivliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, 2020-ci ildən dövlət tərəfindən göstərilən baytarlıq xidmətləri özəlləşdirilmiş, 1600-dan çox dövlət baytarlıq işçiləri özəl baytar kimi fəaliyyətə başlamışdır. Artıq xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə işinin büdcə hesabına maliyyələşdirilməsi dövlət sifarişi əsasında özəl baytarlarla müqavilə bağlamaq yolu ilə təmin edilir.

Aqrar sahədə həyata keçirilən institusional islahatların bir istiqaməti də Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradılması və fəaliyyəti ilə bağlıdır. Dövlət aqrar inkişaf mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin struktur qurumu kimi yaradılıb. DAİM-lər regionlarda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir, regionlarda kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə tətbiq edilən güzəştlərdən və subsidiyalardan istifadə edə bilmələri üçün nazirliyin qurumları ilə birlikdə tədbirlər həyata keçirir, yerli istehsalçıların dəstəklənməsi yönündə işlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir.

Hazırda mərkəzlərdə 70-dən artıq xidmət göstərilir.

DAİM-lərin yaranması ilə eyni vaxtda bu mərkəzlər yanında Fermer və Koordinasiya şuralarının yaradılması prosesinə də başlanıldı. Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək və aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

Həmçinin son illər Azərbaycanda yeni texnologiyalardan istifadə etməklə fermerlərin informasiya-məsləhət xidmətlərinə çıxışının yaxşılaşdırılması üçün də bir sıra işlər görülüb. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hər il bütün ölkə üzrə minlərlə fermerə təlimlər keçilir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, yeni texnika və innovativ texnologiyaların tətbiqi, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur.

Rəqabətqabiliyyətli kadr bazarının və müasir çağırışların tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə www.aqrokadr.az portalı istifadəyə verilib. Aqrar sahə üzrə ixtisaslaşmış elektron mənbənin yaradılması ilə portal işaxtaranların bu sahədə vakansiyalara çıxışının asanlaşdırılmasına və peşəkar kadrların cəlb edilməsinə şərait yaradır.

Eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsi məqsədilə müasir kommunikasiya vasitələrindən istifadə olunur, elektron resurslar daim təkmilləşdirilir.

Aqrar sahədə həyata keçirilən islahatların bir istiqaməti də kadr potensialının gücləndirilməsi, peşəkar kadrların yetişdirilməsidir. Bu proses əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) həyata keçirilir. Son illərdə rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Universitetin maddi-texniki bazası xeyli müasirləşdirilib.

Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin sirlərini öyrədir. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq sertifikatına layiq görülən ADAU dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir.

O cümlədən ADAU ilə ABŞ-nin Oklahoma Dövlət Universiteti və Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq mövcuddur.

Həmçinin müasir tələblər və standartlar çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ili üçün prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısına kənd təsərrüfatı üzrə dünyanın 27 ölkəsinin 136 nüfuzlu xarici ali təhsil müəssisəsinin təhsil proqramları daxil edilib.

Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində aqrar sahədə idarəetmə sistemini təkmilləşdirmək, onu müasir çağırışlara uyğunlaşdırmaq prinsipini rəhbər tutur. Bu fəaliyyətin nəticəsi olaraq 2020-ci ildə idarəetməni təkmilləşdirməyi və müasir çağırışlara uyğunlaşdırmağı, eləcə də ətraf mühitin mühafizəsini nəzərdə tutan İSO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” və İSO 14001:2015 “Ətraf Mühitin İdarəetmə Sistemi” beynəlxalq sertifikatlarını əldə edib.

Bütün bunlar onu deməyə əsas verir ki, aqrar sahənin inkişafı üçün geniş imkanlar var və ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar növbəti illərdə də uğurla davam edəcək, Azərbaycanın gündən-günə çiçəklənməsinə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına öz töhfəsini verəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib