DÜNYA
Fransa Alplarında 9 nəfər qar uçqununa düşüb, həlak olanlar var
Bakı, 13 fevral, AZƏRTAC
Fransa Alplarında xizəkçilərdən və yerli bələdçidən ibarət 9 nəfərlik qrup qar uçqununa düşüb. İnsident nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident günorta saatlarında Savoya departamentində yerləşən Tin dağ kurortu yaxınlığında dəniz səviyyəsindən 2100 metr hündürlükdə baş verib. Hadisədən təxminən bir saat sonra xilasedicilər iki sağ qalmış xizəkçini və iki nəfərin cəsədini aşkarlayıblar.
Xizəkçilər trasın eniş üçün nəzərdə tutulan hüdudlarından kənarda olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]