Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunmuşdur

Strasburq, 11 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində fevralın 9-da Strasburqda sərgi və konsert təşkil olunmuşdur.

Azərbaycan ilə bağlı növbəti tədbirin Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda keçirilməsi heç də təsadüfü deyildir. Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi kimi nüfuzlu təşkilatlarla yanaşı, Strasburqda və Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun nümayəndəlikləri bu şəhərdə yerləşir.

Azərbaycan mədəniyyət günləri möhtəşəm “Tussimo” sərgi salonunda ölkəmizlə bağlı guşənin rəsmi açılışı ilə başlamışdır.

Tədbiri açan şəhərin meri, senator Rolan Ris Azərbaycanın mədəni zənginliklərinin nümayiş etdirildiyi bu sərgidə olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Mer iştirakçıların ölkəmizin mədəni irsi ilə yaxından tanışlığının Azərbaycan barədə maraqlı məlumatlar əldə etmələrində mühüm rol oynayacağını diqqətə çatdırmışdır. R.Ris guşə ilə tanışlıq zamanı xalçalarımıza xüsusi maraq göstərdiyini qeyd etmişdir.

Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə tanışlığın, xüsusilə Strasburq kimi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulamışdır. Azərbaycanın mədəni dəyərləri bu ölkənin tarixiliyindən və zənginliyindən xəbər verir. R.Ris Bakı ilə Strasburq, Azərbaycan ilə Elzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırmış, ölkəmizin Avropa Şurasında yaxşı əlaqələr qurduğunu xalqların biri-birini yaxından tanıması istiqamətində yaxşı ideyaların tapılmasının mümkünlüyünü bildirmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırlatmış, bu tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə turizmin inkişaf etdiyini vurğulamış və sərginin strasburqluların Azərbaycan barədə ətraflı məlumat əldə etmələrinə imkan yaradacağına ümidvar olduğunu demişdir.

Səfir qədim tarixi olan gənc müstəqil Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik etnik azlıqların yaşadığını, ölkəmizin Şərq ilə Qərb arasında yerləşdiyini bildirmişdir. Diplomat Azərbaycanı, onun zəngin mədəni abidələrini fransızlara yaxından tanıtmaq məqsədi ilə sərgi və konsertin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Elzas regionu ilə yalnız mədəni sahədə deyil, iqtisadi sahədə də əlaqələrin inkişafında maraqlıdır. Keçən il ölkəmizlə Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan dünyəvi, həm də tolerant ölkədir. Ölkəmizdə “Şərab yolları” turizm marşrutu mövcuddur. Xizək həvəskarları üçün hər cür şəraiti olan kompleks yaradılmışdır. Azərbaycan memarlıq baxımından diqqəti cəlb edən tarixi abidələrə, zəngin mətbəxə, gözəl təbiətə malik ölkədir.

Elzas region şurası prezidentinin birinci müavini Andre Reşard çıxışında Müluz şəhərində, indi isə Strasburqda təşkil edilən sərginin elzaslıların Azərbaycan ilə tanış olmalarında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən natiq Azərbaycanın Avropa Şurasında xüsusi rolu olduğunu vurğulamışdır. Azərbaycan yalnız keramika məhsulları, xalçaları, mədəni irsi, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətləri ilə zəngin ölkədir. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf etmişdir.

A.Reşard iqtisadi forum keçirməklə Azərbaycan ilə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirmişdir.

Şəhərin meri və digər rəsmi qonaqlar Azərbaycan guşəsində nümayiş etdirilən saxsı qablar, misgərlik nümunələri, xalçalarla, xurcunlarla, qədim kişi və qadın geyimləri ilə yaxından tanış olmuşlar.

İştirakçılar sərgi ilə bağlı təəssüratları barədə AZƏRTAC-a müsahibələr vermişlər.

Fransanın keçmiş xarici ticarət naziri Lus Fransua bildirmişdir ki, Azərbaycanın bizim regionda tanınması istiqamətində atdığı addım elzaslıların böyük marağına səbəb olmuşdur. Şəxsən mən Azərbaycanı yaxşı tanıyıram. Nazir vəzifəsində çalışarkən ölkənizə səfərim çərçivəsində Bakının tarixi və görməli yerləri ilə tanışlıq, xüsusilə Qız qalası və İçərişəhər məndə unudulmaz təəssürat yaratmışdır. Xalçalar və miniatür əsərlər daha çox xoşuma gəldi. Ötən il “Baku Crystal Hall”da keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanı bütün dünyada, o cümlədən Fransada yaxşı tanıtmışdır. Strasburqda Azərbaycan muğamını tanıyır və sevirlər. İqtisadi sahədə də əməkdaşlıq sahəsində böyük imkanlar vardır. Ölkənizin zəngin mətbəxini tanıtmaq üçün istər Parisdə, istərsə də Strasburqda Azərbaycan restoranının olmaması təəssüf doğurur.

Strasburq turizm idarəsinin sədri Jan-Jak Gsel isə fikirlərini bölüşərkən sərginin çox maraqlı olduğunu vurğulamışdır. Əminəm ki, sərgiyə gələn 30 mindən artıq adam ölkənizlə yaxından tanış olmaq imkanı əldə edəcəkdir. Etiraf edim ki, Azərbaycanı bir o qədər də tanımıram. Yalnız onu deyə bilərəm ki, keçmiş Sovet İttifaqının respublikalarından biri olan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir, Rusiya, Gürcüstan, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddədir. Mənə ecazkar təbiəti olan ölkəniz, səmimi və mehriban azərbaycanlıların qonaqpərvərliyi haqqında çox danışmışlar. Ümid edirəm ki, yaxın vaxtlarda ölkənizə səfər edəcəyəm. Bunun başlıca səbəbi mənim xizək həvəskarı olmağımdan irəli gəlir. Eşitmişəm ki, Azərbaycanda yeni xizək kompleksi istifadəyə verilmişdir.

Həmin gün Strasburqun məşhur “Musiqi sarayı”nda Azərbaycanın Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olmuşdur.

Konsertdən əvvəl çıxış edən şəhərin meri R.Ris həm sərgi, həm də incəsənət ustalarının konserti ilə Azərbaycanın Elzas regionunda yaxşı tanınacağına ümidvar olduğunu bildirmişdir. Azərbaycana səfəri zamanı ölkəmizin mədəni irsi, mədəniyyəti, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyata malik müstəqil ölkə kəşf etdiyini bildirən mer ölkəmizi daha yaxşı tanımaq üçün əhali ilə əlaqədə olmağın vacibliyini qeyd etmişdir.

Səfir Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazı mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransanın bir neçə şəhərində sərgi və konsertlərin təşkil edildiyini xatırlatmışdır. Diplomat qədim və zəngin mədəniyyətə malik ölkəmizin İpək yolu üzərində yerləşdiyini, onun Fransanın şərqində o qədər də tanınmadığını, ona görə də Elzasda belə tədbirin keçirildiyini diqqətə çatdırmışdır. Səfir xalqımızın ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirmişdir.

Konsertlə bağlı təəssüratlarını bölüşən tamaşaçı Brigitta Kox demişdir ki, mən həyat yoldaşımla Almaniyanın Kel şəhərindən gəlmişəm. Strasburqda yaşayan tanışlarımız bu konsert barədə bizə danışanda burada iştirak etmək fürsətini əldən buraxmaq istəmədik. Azərbaycanın incəsənət ustalarının çıxışı bizi valeh etdi. İstər orkestrin çıxışı, istərsə də xanəndələrin ifası ölkənizin zəngin mədəniyyətindən xəbər verir. Konsertdə ilk dəfə mənə məlum olmayan musiqi alətləri xüsusi marağıma səbəb oldu. Bir sözlə, konsertdən aldığım təəssürat yaddaşımda əbədi iz saldı və ölkənizə qarşı böyük maraq oyatdı.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub