Gələn il neft ehtiyatları tələbatdan çox olacaq
Bakı, 14 iyun, Nihad Budaqov, AZƏRTAC
2018-ci ildə neft ehtiyatlarının 100 milyon barrel olması nəzərdə tutulan istehlakı ötəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, neft ehtiyatları gələn il istehlakda gözlənilən gündəlik 100 milyon barreldən çox olacaq. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv olmayan ölkələrdə isə istehsal 2018-ci ildə iki dəfə artacaq.
“Bu il qeyri-OPEC ölkələrində ümumi neft istehsalının sutkada 700 min barrel artması nəzərdə tutulur. 2018-ci ildə bu həcmin gündəlik 1,5 milyon barrelədək artması proqnozlaşdırılır”,- deyə hesabatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]