MƏDƏNİYYƏT
Gənc xoreoqraf Fuad Məmmədov “Cəvahirat” baletində çıxış edəcək
Bakı, 27 mart, AZƏRTAC
Aprelin 8-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə zümrüd qaşların partiyasında həmvətənimiz Fuad Məmmədov da çıxış edəcək.
“Cəvahirat” baleti XVII Beynəlxalq Balet Festivalı çərçivəsində nümayiş olunacaq.
Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında isə Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və əsl mənasını yalnız bütöv halda kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.
Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]