REGİONLAR
Gəncə Dövlət Universitetində beynəlxalq elmi konfrans təşkil edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16549414253817719390_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414251603540244_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414252058435674_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654941425739434032_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414253816649633_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414255351450577_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414251544211769_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414252636926049_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414253535832069_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414254081532353_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549414255457855990_1200x630.jpg)
Gəncə, 11 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş Gününə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər. Sonra ali təhsil ocağının V tədris korpusuna gələrək universitetin son illər əldə etdiyi nailiyyətləri əks etdirən sərgiyə baxış keçiriblər.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, akademik Vaqif Abbasov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Elmi konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib. Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlayıb və bildirib ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günləri hər il universitet tərəfindən böyük təntənə ilə qeyd edilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqının inkişafına göstərdiyi diqqətdən, elmi kadrların hazırlanmasında həyata keçirdiyi tədbirlərdən danışıb, dövlət başçısı İlham Əliyevin onun daxili və xarici siyasətinin davam etdirilməsində gördüyü işlərdən bəhs edib.
Tədbirdə çıxış edən qonaqlar beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıblar.
İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimi Məhəmməd Babanlı, Gəncə Dövlət Universitetinin botanika kafedrasının müdiri, Əməkdar elm xadimi Vaqif Novruzov müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq konfransda 10 ölkədən gəlmiş 60-a yaxın alim iştirak edir. Müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 560 məruzə 5 cildlik jurnallarda çap edilib. Konfrans 13 bölmədə öz işini davam etdirəcək.
Konfransdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Yüksəl Əlizadənin anası, GDU-nun Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımova ilə görüşüb və onun qayğıları ilə yaxından maraqlanıb.