İQTİSADİYYAT
Gəncədə SMART kart tipli qaz sayğaclarına müdaxilə edilmişdir
Gəncə, 18 yanvar (AZƏRTAC). Gəncədə SMART kart tipli qaz sayğaclarına müdaxilə faktları aşkarlanmışdır.
Şəhər qaz istismar sahəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı məlum olmuşdur ki, şəhərin bəzi ərazilərində sakinlər sayğaclara müdaxilə etmiş, hətta elə abonentlərə rast gəlinmişdir ki, onlar dövlət tərəfindən pulsuz quraşdırılmış SMART kart tipli qaz sayğacını sistemdən çıxararaq qaz xətlərini bir-birinə rezin borularla birbaşa birləşdirmiş, sayğacın yerləşdiyi dəmir qutunu isə sahə nəzarətçilərindən yayındırmaq üçün asma qıfılla bağlamışlar.
Gəncə şəhər qaz istismar sahəsinin şöbə müdiri Hüseyn Şirinov AZƏRTAC-a demişdir ki, 15 gün ərzində qazdan qeyri-qanuni istifadə edən 56 abonent aşkarlanaraq rəsmiləşdirilmiş və aktlar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]