Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

GÖRKƏMLİ ALİM VƏ YAZIÇI MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİ GƏNCƏDƏ TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, aprelin 4-də Gəncənin ictimai-ədəbi həyatında əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır. İstər ədəbi yaradıcılığında və istərsə də elmi-pedaqoji fəaliyyətində əhəmiyyətli rol oynayan Gəncədə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir.

Respublikamızın tanınmış alim və yazıçılarının, görkəmli elm adamlarının iştirakı ilə keçirilən yubiley mərasimində iştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə əklil qoyaraq ulu öndərin xatirəsinə ehtiramlarını bildirmiş, sonra dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.

Gəncə Şəhər İcra Hakimiyyətinin iclas salonunda keçirilən yubiley mərasimini şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq qonaqları salamlamış və Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinin təntənə ilə keçirilməsini şəhər sakinlərinin görkəmli ədib və alimin xatirəsinə və ədəbi irsinə məhəbbətlərinin təzahürü olduğunu söyləmişdir.

Sonra yerli televiziya kanalının hazırladığı videofilm nümayiş etdirilmişdir. Filmdə ədibin Gəncə həyatı və həmin dövrdə yaratdığı əsərlər, habelə Gəncə ədəbi mühitinin formalaşmasında Mir Cəlal Paşayevin xidmətləri barədə şəhər ziyalılarının fikirləri dinlənilmiş və alqışlarla qarşılanmışdır. Sonra Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim çıxış edərək Mir Cəlal Paşayevin “Dirilən adam” və “Bir gəncin manifesti” əsərlərində yaratdığı obrazları təhlil etmiş, gənclik illərində yazıçı ilə olan görüşünü yada salmış və o vaxt ədibə həsr etdiyi şeirini təkrar olaraq yubiley iştirakçılarının nəzərinə çatdırmışdır.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin pedaqoji fəaliyyətindən danışmış, ədibin bu sahədə zəngin təcrübəsindən indi də bəhrələndiyini qeyd etmiş və şəhərin ümumtəhsil məktəblərində görkəmli alimin yubileyi ilə əlaqədar keçirilən tədbirləri diqqətə çatdırmışdır.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın da çıxışı mərasim iştirakçılarının alqışlarına səbəb olmuşdur. Natiq Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinin YUNESKO səviyyəsində qeyd olunması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışmış, sənədin dövlətimizin başçısının ədəbi və mədəni irsimizə göstərdiyi diqqət və qayğının parlaq nümunəsi olduğunu söyləmiş, sonra ədibin yaradıcılığını, elmi-pedaqoji fəaliyyətini təhlil etmiş, göstərdikləri ehtiram və diqqətə görə gəncəlilərə minnətdarlığını bildirmişdir.

Yubiley mərasimində AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev Mir Cəlal Paşayevin elmi əsərlərinin əhəmiyyətindən danışmış, bu gün də ali təhsil ocaqlarında ədəbiyyatşünaslıqla məşğul olan tədqiqatçıların görkəmli alimin elmi irsindən bəhrələndiklərini fəxrlə vurğulamışdır. Qeyd etmişdir ki, təkcə “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri kifayətdir ki, bütün Azərbaycanın müasir ədəbiyyatşünaslıq elmi Mir Cəlal Paşayevə minnətdar olsun.

Bakı Dövlət Universitetinin professorları, alimin yetirmələri Təhsin Mütəllibov və Vasim Məmmədəliyev isə Mir Cəlal Paşayevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun yüksək insani keyfiyyətləri barədə maraqlı xatirələrini danışmışlar. Böyük alim və ədibin nəcib insani keyfiyyətlərinin bu gün Mir Cəlal ocağının üzvlərində təcəssüm olduğunu qeyd edən natiqlər öz xeyirxahlıq əməlləri ilə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri seçilmiş, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışmışlar.

Bakı Dövlət Universitetinin prorektoru, professor, yazıçının nəvəsi Nərgiz Paşayevanın çıxışı yubiley iştirakçılarnın daha çox alqışlarına səbəb olmuşdur. Professor N.Paşayeva Mir Cəlalın yaratdığı obrazların həmişə müasir olmasından, onun əsərlərinin indi də sevilə-sevilə mütaliə edildiyindən söhbət açmış və elə buna görə də XX əsr Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutmasından bəhs edən maraqlı fikirlər söyləmişdir.

Axırda ədibin oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arıf Paşayev çıxış edərək, atasına göstərilən el məhəbbətinə görə gəncəlilərə minnətdarlığını bildirmiş və şəhər icra hakimiyyətinə xalça hədiyyə etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib