ELM VƏ TƏHSİL
Görüşdə Azərbaycan-İtaliya tarixi əlaqələrinə həsr edilmiş beynəlxalq elmi konfransın keçirilməsi qərara alınmışdır
Bakı, 16 sentyabr (AZƏRTAC). Bakı Slavyan Universitetində, bu ali təhsil ocağının rektoru, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev İtaliyanın Çerviteri şəhərinin meri Alessio Paskuççinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AMEA-nın Tarix İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə Çerviteri şəhərinin etrusk mədəniyyətinin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın qurulması məsələləri müzakirə edilmişdir.
Tədbirdə Azərbaycanda Çerviteri şəhəri tərəfindən etrusk tarixi və mədəniyyətinə dair sərginin təşkili, Azərbaycan-İtaliya tarixi əlaqələrinə həsr edilmiş beynəlxalq elmi konfransın keçirilməsi qərara alınmışdır.
Görüşdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və akademiyanın müxbir üzvü İlyas Babayev iştirak etmişlər.