DÜNYA
Gürcüstan hökumətinin ölkədəki dini icmalar üçün ayırdığı vəsaitin həcmi 5,5 milyon lariyə çatdırılıb
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan hökuməti ölkədəki dini icmalara yardımını davam etdirir. Artıq dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara yardım məqsədilə ayrılan vəsaitin həcmi 5,5 milyon lariyə (1,957 min dollar) çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məbləğin böyük hissəsi - 4,5 milyon larisi (1,6 min dollar) dövlət büdcəsində nəzərdə tutulmuşdu və ilin əvvəlində dini icmalar arasında bölüşdürülüb. Qalan 1 milyonu isə Gürcüstan hökuməti başçısının ehtiyat fondundan ayrılıb. Bununla da dini icmalara ayrılan vəsaitin həcmi 5,5 milyon dollara çatdırılıb.
Agentlik qeyd edir ki, dini qurumlarla məsləhətləşdikdən sonra “Faktiki şərait və obyektiv göstəricilər” - kilsə üzvlərinin, din xadimlərinin və ibadət yerlərinin sayı nəzərə alınmaqla, 2022-ci ilə qədər əlavə 1 milyon lari ayrılıb. Bu vəsait də ayrı-seçkiliyə yol vermədən və ədalətli şəkildə bölünüb. Həmin vəsaitin böyük bir hissəsi ölkənin müsəlman icmasına çatıb.
Bölgüyə əsasən Gürcüstan müsəlman icması 3 milyon 350 min lari, erməni xristian icması 1 milyon lari, Roma katolik icması 650 min lari, yəhudi icması isə 500 min lari alıb.
Qeyd edək ki, Gürcüstan əhalisinin 11 faizə yaxınını müsəlmanlar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi