İQTİSADİYYAT
Gürcüstanın Azərbaycan təbii qazının tranzitindən əldə etdiyi gəlir xeyli artacaq
Tbilisi, 1 dekabr, AZƏRTAC
Azərbaycan təbii qazının Gürcüstan ərazisindən nəqlinə görə qonşu ölkənin gəlirləri bir neçə dəfə artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Gürcüstanın Azərbaycan qazının Türkiyəyə nəqli üçün aldığı tranzit haqqı 2023-cü ildə xeyli artacaq.
Cənub Qaz Dəhlizi ilə il ərzində 23 milyard kubmetr təbii qazın nəqlinə başlanıldıqdan sonra Gürcüstan 1,1 milyard kubmetrdən çox qaz əldə edəcək.
Hazırda Gürcüstanın tranzit haqqı daşınan qazın 5 faizi həcmindədir. Bu ölkə il ərzində 6 milyard kubmetr təbii qazın Türkiyəyə tranzitindən 300 milyon kubmetr qaz əldə edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi