REGİONLAR
Gürcüstanla həmsərhəd kəndlərdə gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
Samux, 1 dekabr, AZƏRTAC
Samux Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri təsərrüfatlarda gəmiricilərə qarşı mübarizə tədbirləri ilə əlaqədar maarifləndirmə işlərinə başlayıblar. Bu məqsədlə rayonun Lək kəndində keçirilən toplantıda gəmiricilərin məhv edilməsi üçün dərman preparatlarının hazırlanması və onun əkin sahələrində yerləşdirilməsi qaydaları ilə bağlı məsləhətlər verilib.
Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Kamran Bayramov AZƏRTAC-a deyib ki, rayonun Gürcüstanla həmsərhəd kəndlərində gəmiricilərə daha çox rast gəlindiyindən ilk mübarizə tədbirlərinə bu ərazilərdən başlanılıb. Hazırda təsərrüfat sahibləri Bitki Mühafizə Mərkəzi mütəxəssislərinin iştirakı ilə mübarizə tədbirlərini sürətlə davam etdirirlər.