REGİONLAR
Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Hacıqabul, 20 may, AZƏRTAC
Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 112-ci kilometrliyində qeydə alınıb. İmişli rayon sakini, 19 yaşlı Əmiraslan Əmiraslanlı idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı dərəyə düşüb.
Hadisə nəticəsində sürücü də daxil olmaqla, 5 nəfər dünyasını dəyişib. Ölənlərin hamısının tələbə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.