Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Parisdə nümayiş olunub

Paris, 30 may, AZƏRTAC

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi bir çox ölkələrdə maraqla qarşılanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisinin və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-da Hərbi Muzeydə nümayiş etdirilib.

TEAS-ın Paris ofisinin direktoru Mari-Letisiya Qurden 10 ildir fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fondu haqqında məlumat verərək, Azərbaycanın yaxından tanınması və Avropa ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf etdirliməsi məqsədilə mədəniyyət, iqtisadiyyat və digər sahələrdə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının nümayəndələri böyük rəşadət göstəriblər. O, Fransa Müqavimət Hərəkatında azərbaycanlıların şücaətindən danışıb, faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu, Bakı neftinin strateji əhəmiyyəti haqqında bilməyin vacibliyini vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, məqsəd səfirliyin və Heydər Əliyev Fondunun birgə əməkdaşlığı sayəsində hazırlanmış film vasitəsilə İkinci Dünya müharibəsinin Qərbə, eləcə də Fransaya məlum olmayan bəzi aspektlərini işıqlandırmaqdır. Filmdə Bakının Hitlerin əsas hədəfi olması, bütün Azərbaycan xalqının müharibədə rəşadəti aydın göstərilir. Səfir xalqımızın İkinci Dünya müharibəsindəki şücaətindən, eləcə də azərbaycanlıların Fransa Müqavimət Hərəkatında iştirakından söz açıb. Sənədli filmin arxiv materialları əsasında hazırlandığını qeyd edib.

Filmin prodüseri Lui Vodvil şirkətlərinin (“Clarke Costelle&Co” (CC&C)) İkinci Dünya müharibəsindən bəhs edən və 171 ölkədə 1 milyarddan çox tamaşaçı tərəfindən izlənən – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərində Bakı haqqında danışıldığını və həmin hissənin daha da genişləndirilməsi ideyasından “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin ərsəyə gəldiyini vurğulayıb. Qeyd edib ki, filmin əsas məqsədi sovet ordusunun qələbəsində Azərbaycanın rolunu işıqlandırmaqdır. O qeyd edib ki, film Azərbaycan, Rusiya və Amerika Birləşmiş Ştatlarının arxiv materialları əsasında hazırlanıb.

Tarixçi Frederik Gölton filmi və onun afişasını şərh edib. Bildirib ki, filmdə, ilk növbədə, Bakı əhalisinin üzləri, onların müharibənin əzab-əziyyətini necə yaşadığı görünür.

Filmdə almanların yeganə məqsədinin ildırım sürəti ilə apardıqları müharibədə tezliklə qələbə çalmaq olduğu aydın sezilir. Almanların əsas istiqaməti Bakı olub. Onlar sovet ordusunu enerji ilə təmin edən Bakını ələ keçirməyi qarşılarına məqsəd qoyublar.

Sonra “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tamaşaçılar ekran əsərinin prodüseri Lui Vodvil və tarixçi Frederik Gölton ilə fikir mübadiləsi aparıblar.

Tarixçi Frederik Gölton AZƏRTAC-a filmlə bağlı təəssüratlarını bölüşərək deyib:” “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi avropalıların, eləcə də fransızların İkinci Dünya müharibəsi ilə bağlı bilmədikləri məqamları onlara çatdırır. Eyni zamanda, İkinci Dünya müharibəsində Azərbaycanın rolu, Azərbaycan xalqının sovet ordusu tərkibində şücaəti və Fransa Müqavimət Hərəkatındakı qəhrəmanlıqları haqqında ətraflı məlumat verir. Filmdə Bakı sakinlərinin şəraitə necə uyğunlaşdıqlarının şahidi oluruq. Sənaye sahəsində, nəqliyyatda qadınların kişiləri əvəz etdiyini görürük. Filmdə Bakının 72 il ərzində inkişafını aydın görmək olur”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır