Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu qəbul etməməklə bağlı hər hansı səylər nəticə verməyəcək

Hikmət Hacıyev: Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu qəbul etməməklə bağlı hər hansı səylər nəticə verməyəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir:

-Hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin vəziyyəti necə qiymətləndirirsiniz? Yeni müharibə riski varmı?

-Bildiyiniz kimi, Azərbaycan və Ermənistan bizim tərəfimizdən təklif edilən və Ermənistanın qəbul etdiyi beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasına dair danışıqlar aparırlar.

Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi “müstəqillik günü” münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi.

Erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü deklarativ şəkildə tanımasına baxmayaraq, əslində, Ermənistan hakimiyyətinin Ermənistan Respublikasının dövlət büdcəsindən bizim ölkənin ərazisindəki qanunsuz “separatçı xuntanı”, o cümlədən əsasən Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməyə davam etməsi faktı da sülhə kömək etmir. Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı “boz zona”nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir - təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub.

Daha bir ciddi təxribat sentyabrın 9-da Xankəndidə qanunsuz rejim tərəfindən qondarma “prezident seçkilərinin” keçirilməsidir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, habelə region ölkələri növbəti dəfə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan və beynəlxalq normalara zidd olan bu “seçkilərin” tamamilə qanunsuz və qeyri-legitim olduğunu təsdiq etdi.

Həmçinin Azərbaycanın sülh prosesinə sadiq olması və Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtmasını gözləməsinə baxmayaraq, sərhəddə və Qarabağda erməni silahlı qüvvələri tərəfindən artan hərbi təxribatlar və diversiyalar da bizi narahat edir. Sualınıza cavab olaraq deyərdim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz erməni rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyini pozmamağa çağırırıq.

-Hazırda sülh prosesi hansı mərhələdədir?

-İndiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası başlayıb. Öz suveren ərazimizdə Azərbaycanı blokadada ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Ağdam yolunun Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü üçün açılması bu cür iddiaların əsassız olduğunu göstərdi. Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu açıldı. İndi biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrut - Ağdam və Laçın yolları ilə daşınacağını gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bölüşür və tam dəstəkləyir.

İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır. Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur.

-Bakı İrəvanla dialoqda hansı kompromislərə getməyə hazırdır?

-Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.

-Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?

-Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn normalarına uyğun hərəkət edir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq.

-2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmanın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı vəziyyət necədir?

-Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək. Bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır. Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik.

-Sizin zənninizcə, 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilik nə dərəcədə səmərəlidir?

- Yuxarıda xatırlatdığım kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin.

Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir.

-Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

-2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir. Münasibətlərimiz, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır. Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3” formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub