DÜNYA
Hindistanda binanın uçması nəticəsində 14 nəfər həlak olmuşdur
Bakı, 5 yanvar (AZƏRTAC). Hindistanın Kanakon şəhərində binanın uçması azı 14 nəfərin ölümünə səbəb olmuşdur.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, hadisə tikinti gedən ərazidə baş vermişdir. Həmin vaxt binada 40 nəfərdən çox insanın olduğu bildirilir. Xilasedicilər hadisə yerində sağ qalanların axtarışı ilə məşğuldurlar.
Hindistanda tikinti sektorunda təhlükəsizlik normalarına əməl edilməməsi belə faciəli hadisələrin tez-tez təkrarlanmasına səbəb olur. Ötən ilin sentyabr ayında Mumbay şəhərində yaşayış binasının uçması nəticəsində 43 nəfər həlak olmuş, 30 nəfərdən cox insan xəsarət almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]