İQTİSADİYYAT
Hüquqi şəxslərin dividend gəlirləri hansı halda vergidən azaddır?
Bakı, 1 sentyabr, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məcəlləyə görə, sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır.
Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]