REGİONLAR
“İdeyadan Biznesə” çərçivəsində növbəti “InnoCamp” Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq
![“İdeyadan Biznesə” çərçivəsində növbəti “InnoCamp” Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq](/files/2019/2/1200x630/15647497682170434667_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
“İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında avqustun 29-dan 31-dək keçiriləcək innovasiya düşərgəsi - “InnoCamp”da layihə finalçıları üçün təlimlər təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir.
Startap turları ətraf rayon və şəhərləri də əhatə etməklə Naxçıvan, Lənkəran, Zaqatala, Şamaxı, Şəki və Bakı şəhərlərində keçiriləcək.