İQTİSADİYYAT
“İf wedding fashion İzmir 5-ci toy geyimləri, kostyumlar və ziyafət geyimləri sərgisi” keçiriləcəkdir
Bakı, 12 yanvar (AZƏRTAC). Cari ilin fevralın 14-dən 17-dək İzmirdə “İf wedding fashion İzmir 5-ci toy geyimləri, kostyumlar və ziyafət geyimləri sərgisi” keçiriləcəkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi Türkiyə ixrac məhsulları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, iki tərəfli görüşlərin keçirilməsi ticarət əlaqələrinin genişləndirilməsidir.
Brifinq, ikitərəfli görüşlər, sərgi stendlərinə baxış və istehsal müəssisələrinə ziyarətlərin təşkil edilməsinin nəzərdə tutulduğu tədbirdə iştirak edəcək şəxslər üçün güzəştli şərtlər təklif olunur.