Azərbaycan Dövlət İnformasiya Agentliyi

İ.H.Kərimova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri İkram Heydər oğlu Kərimova “Əməkdar hüquqşünas” fəxri adı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin