Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

İlqar Rəhimov: Paralimpiyaçı cüdoçularımız birinci Avropa Oyunlarında çıxışa tam hazırdırlar

İlqar Rəhimov: Paralimpiyaçı cüdoçularımız birinci Avropa Oyunlarında çıxışa tam hazırdırlar

Bakı, 26 may, Səxavət Quliyev, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına artıq sayılı günlər qalıb. Qitənin 6 mindən artıq idmançısı tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparacaq. Birinci Avropa Oyunlarının əsas xüsusiyyəti ondan ibarətdir ki, bu mötəbər yarışda paralimpiyaçılar da güclərini sınayacaqlar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu mötəbər yarışa hazırlığı və “Bakı-2015”in ölkəmiz üçün əhəmiyyəti ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

-İlqar müəllim, ölkəmizdə paralimpiya hərəkatı haqqında nə deyə bilərsiniz?

- Gələn il Azərbaycanda paralimpiya hərəkatının 20 illiyi qeyd ediləcək. Ötən müddətdə bir çox uğura nail olmuşuq, habelə ölkəmizdə bu hərəkatın tanınmasına nail ola bilmişik. 1996-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsi təsis olunan zaman digər ölkələrdə əlil idmanı haqqında təsəvvür belə yox idi. Həmin vaxt bizim 1-2 idmançımız var idi. Hazırda atletlərin sayı minlərlədir.

Paralimpiya hərəkatı təkcə Bakını deyil, regionları da əhatə edir. Əksər titullu idmançılarımız məhz bölgələrin yetirmələridir. Bunu da nailiyyət kimi dəyərləndirmək olar. Paralimpiyaya idmanın 19 növü daxildir ki, ölkəmizdə onlardan 15-i üzrə idmançılar fəaliyyət göstərirlər. Azərbaycan atletləri yeddi növ üzrə Paralimpiya Oyunlarına qatılırlar. Təbii ki, bu nailiyyətlərin əsasında ölkədə həyata keçirilən uğurlu idman siyasəti dayanır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkədə idmanın inkişafını daim diqqətdə saxlayır və atletlərimiz həmişə dövlət qayğısını hiss edirlər. Bu diqqət və qayğı paralimpiyaçılara da şamil olunur.

Hazırda bizim ikiqat paralimpiya çempionlarımız var. Bunlar İlham Zəkiyev və Oleq Panyutindir. Komandamızın heyətində Avropa, dünya çempionları və digər mötəbər yarışların qalibləri var. İdmançılarımız üçün bütün şərait yaradılıb. Belə ki, onların məişət şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin olunub, idmanla rahat məşğul olmaları üçün bütün imkanlar səfərbər edilib. Azərbaycanda fəaliyyət göstərən Paralimpiya İdman Kompleksi isə digər ölkələrə nümunə göstərilə bilər. Çünki yalnız Azərbaycanda belə bir idman obyekti mövcuddur.

- Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci Avropa Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz? Paralimpiyaçılarımızın hazırlığı nə səviyyədədir və qarşıya qoyulan hədəflər nələrdir?

- Birinci Avropa Oyunlarının Azərbaycanda təşkil olunması tarixi hadisədir. Məhz bu Oyunlar çərçivəsində paralimpiyaçı cüdoçular da birincilik uğrunda mübarizə aparacaqlar. Biz bunun üçün Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə əlil idmanı mötəbər yarışın proqramına salınıb.

Çox sevindirici haldır ki, “Bakı-2015”-in Məşəl estafetində paralimpiyaçılar da iştirak edirlər. Paralimpiyaçı cüdoçular arasında yarışlar iki çəki dərəcəsində təşkil olunacaq. Qadınlar 57, kişi atletlər isə 100 kiloqramdan yuxarı çəki dərəcəsində medallar uğrunda yarışacaqlar. Hər çəki dərəcəsində Avropanın ən güclü 8 idmançısı çıxış edəcək. Yarışda Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, Fransa, Türkiyə, Macarıstan, İspaniya, Almaniya, İngiltərə və Yunanıstandan olan paralimpiyaçılar tatami üzərinə çıxacaqlar. Qadınların yarışında Azərbaycanı dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva, kişilərin mübarizəsində isə ikiqat paralimpiya çempionu İlham Zəkiyev və Zakir Müslümov təmsil edəcək.

“Bakı-2015”-in proqramına əsasən paralimpiyaçılar arasında yarışlar iyunun 26-da keçiriləcək. İdmançıların “Bakı-2015”-ə ciddi hazırlaşmaları üçün hər cür şərait yaradılıb. Biz onların qarşısına qızıl medal qazanmaq vəzifəsini qoymuşuq. Səbinə Abdullayeva respublikamızda təşkil olunan təlim-məşq toplanışından əlavə Gürcüstanda, İlham Zəkiyev isə Yaponiyada və Türkiyədə hazırlıq keçib. İlham Zəkiyevin çəkisi bir az artıq olduğu üçün o, əsas Olimpiya komandamız ilə birgə hazırlıq keçib. Baş məşqçi İbrahim İbrahimovun məlumatına görə, idmançılarımız “Bakı-2015”-ə tam hazırdırlar.

-“Bakı-2015” birinci Avropa Oyunlarında mübarizə aparacaq paralimpiyaçılarımızın rəqibləri haqqında nə deyə bilərsiniz?

- Cüdoçularımızın rəqibləri çox güclüdür. Səbinə Abdullayevanın əsas rəqibi ukraynalı dünya çempionudur. Səbinə mundialda məhz ukraynalı idmançıya məğlub olaraq gümüş medalla kifayətlənmişdi. Almaniyalı cüdoçunu da favoritlərdən hesab etmək olar. Kişilərin mübarizəsinə gəldikdə isə İlham Zəkiyev qızıl medala əsas iddialıdır. Cüdoçumuz təcrübə baxımından da digərlərindən üstündür. Rusiyalı, ukraynalı və fransalı cüdoçuları da güclü hesab edirəm. Cüdoçularımız da rəqiblərinin görüşlərini izləyir və öz məşqlərini bunun üzərində qururlar.

- Beynəlxalq Paralimpiya Komitəsinin rəsmiləri “Bakı-2015”-ə qonaq qismində qatılacaqlarmı?

- Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Fill Kraven iyunun 25-də Azərbaycana gələcək. Fill Kravenin səfərinin məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçuların yarışlarını izləməkdir. Onu Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons və Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Toni Seynsburi müşayiət edəcəklər. İyunun 29-dək davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, bir sıra rəsmi görüşlər də keçirəcəklər.

- Azərbaycan Milli Paralimpiya Komitəsinin gələcək planları və qarşıdakı turnirlər barədə nə deyə bilərsiniz?

- Artıq iki cüdoçumuz “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıb. Onlar dünya çempionatının qızıl medalını qazanmaqla Paralimpiya Oyunlarına vəsiqəni birbaşa təmin ediblər. Azərbaycan “London-2012” Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunmuşdu. Ancaq gələn il Braziliyada təşkil olunacaq mötəbər yarışa daha çox idmançı ilə qatılmağı qarşıya məqsəd qoymuşuq. Azərbaycan tarixində ilk dəfə voleybol milli komandamızın Paralimpiya Oyunlarında iştirak etmək şansı var. Belə ki, Azərbaycan, Rusiya və Serbiya yığmaları arasında təşkil olunacaq turnirin qalibi bu lisenziyanı qazanacaq. Millimiz bu sınağa çox ciddi hazırlaşır. Qalib gələcəyimiz təqdirdə ilk dəfə komanda idman növündə Paralimpiya Oyunlarında iştirak edəcəyik. “Rio-2016” Paralimpiya Oyunlarında ən az 6 qızıl medal qazanmağı hədəfləyirik. Ümid edirəm ki, buna nail olub xalqımızı sevindirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür