ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları Universitetinə qeydiyyat başlayır
Bakı, 19 avqust (AZƏRTAC). İnformasiya Texnologiyaları Universitetinə qəbul olunanlar avqustun 20-dən 29-dək qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər.
Qeydiyyatın aparılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qeydiyyat üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.
İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaqdır (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11)