Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnstitutun reallaşdırdığı yeni layihələr Azərbaycan dilçilik elminə böyük töhfələr verməkdədir

Bakı, 28 noyabr (AZƏRTAC). Hazırda Azərbaycan dili dövlət dili kimi özünün inkişaf dövrünü yaşayır və getdikcə işləmə dairəsini genişləndirir. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilimizin inkişaf etməsi üçün əlverişli imkanlar açmışdır. Bu istiqamətdə Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli Sərəncamı mühüm addım olmuşdur. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları mükəmməl şəkildə təhlil edilmiş, inkişaf yolları müəyyənləşdirilmişdir. Burada Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq dilimizin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.

Dövlət Proqramında müvafiq qurumlar, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun qarşısında müəyyən tələblər qoyulmuşdur. İnstitutun direktoru, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bu mühüm dövlət sənədinin icrası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini AZƏRTAC ilə bölüşmüşdür.

- Dövlət Proqramında Azərbaycan dilinin inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun da üzərinə böyük məsuliyyət düşür. Çalışırıq ki, qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı ciddi işlər görək. İnstitutun hazırladığı və geniş ictimaiyyətə təqdim etdiyi “Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyi bu istiqamətdə icra olunan ilk sanballı layihə kimi olduqca təqdirəlayiqdir. Ömrünü Azərbaycan dilinin tərəqqisinə sərf edən böyük alimlərimizin yaradıcılığına işıq salan belə bir müntəxəbat istər keçmiş sovetlər dövründə, istərsə də müstəqilliyimizin bərpasından ötən müddətdə nəşr olunmamışdır. Azərbaycan dilçilik elminin nadir incilərinin toplandığı bu kitab ilk növbədə dilçi alimlərimizin qazandıqları uğurları ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişdir.

Nəşrin birinci cildi “Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğaridən I Türkoloji Qurultaya qədər” adlanır. Kitabda Mahmud Kaşğari, Mirzə Kazım bəy, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu kimi məşhur alimlərimizin yaradıcılığından parçalar və ya fraqmentlər verilmişdir. Bu cilddə, həmçinin I Türkoloji Qurultayın materiallarından seçmələr və alimlərimizin qurultay haqqında dəyərləndirmələri yer almışdır.

Nəşrin ikinci cildi I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədər” olan dövrü əhatə edir. Bu cilddə Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əliheydər Orucov və digər görkəmli dilçilərimizin əsərlərindən seçmələr verilmişdir.

“Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər” adlı üçüncü cilddə isə Ağamusa Axundov, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Aydın Ələkbərov, Yusif Seyidov, Musa Adilov, Əbdürrəhman Cavadov, Afad Qurbanov və digər müasir dilçilərimizin əsərləri yer almışdır.

Azərbaycan dilçiliyinin tarixini, Azərbaycan dilçilərinin dəyərli əsərlərini müntəxəbat şəklində çap edib ictimaiyyətə təqdim etməklə, yaddan çıxmaqda olan elmi əsərlərə yeni ruh vermişik. Açığını deməliyəm ki, bu əsərlərin çoxu köhnəlmişdir. Məsələn, Mirzə Kazım bəyin qrammatikası rusca yazılmışdır. Onu ölkəmizdə əldə etmək qeyri-mümkündür. Üçcildlikdə həm rus dilindən parçanı vermişik, həm də onun tərcüməsini. Eyni zamanda, İbn Mühənnanın uzun illər bundan əvvəl çap olunmuş kitabından dilçiliyin aktual məsələləri ilə bağlı olan parça müntəxəbata daxil edilmişdir. Bunlar nadir incilərdir. Biz bu müntəxəbatı hazırlamaqla Azərbaycan dilçilərinin necə dəyərli əsərlər yaratdıqlarını bir daha geniş ictimaiyyətə göstərməyə çalışmışıq.

Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” Sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait institutun müasir kompyuter avadanlığı ilə təmin olunmasına və bir sıra fundamental və monoqrafik əsərlərin yazılmasına böyük təkan vermişdir. Dilçilik İnstitutu həmin Sərəncamdan irəli gələn 4 mühüm layihənin reallaşdırılmasına çalışır. Artıq onlardan biri - “Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyi nəşr olunmuşdur.

İkinci layihə “Azərbaycan dilinin funksional qrammatikası”nın hazırlanmasını və nəşrini nəzərdə tutur. Bu fundamental əsər dilimizin bütün aspektlərini əhatə etməklə dilçilik elminin son nailiyyətlərini ortaya qoyacaqdır. Bu, öz əksini 4 cilddə tapacaqdır. Artıq görkəmli dilçi alimlərimiz tərəfindən bu kitablar hazırlanmaqdadır.

“Azərbaycan dilçiliyi tarixi” adlanan üçüncü layihə üzərində hazırda iş gedir. Bu əsərdə dilçiliyimizin yaranmasından bu günədək keçdiyi şərəfli tarixi yolu işıqlandırılacaqdır. Layihədə müxtəlif lüğətlərin, o cümlədən orfoqrafik, orfofonik və məktəb lüğətlərinin elektron variantlarının hazırlanması da nəzərdə tutulmuşdur.

İnstitut tərəfindən reallaşdırılan dördüncü layihə isə dünya dilçilik irsinin Azərbaycan dilinə tərcüməsindən ibarətdir. Bu layihə çərçivəsində L.Blumfildin “Dil”, S.Potterin “Dilimiz”, C.Layonzun “Dil və dilçilik” əsərləri ingilis dilindən, E.Benfenistin “Dilçiliyin əsasları” kitabı fransız dilindən, V. fon Humboldtun “Dil haqqında” əsəri almancadan və İ.A.Boduen de Kurtenenin “Dilçiliyə giriş” əsəri rus dilindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunacaqdır. Azərbaycan dilçiliyinin inciləri sayılan elmi əsərlərin də xarici dillərə tərcümə edilməsi nəzərdə tutulmuşdur. Biz bu işləri 2014-cü ilin sonunadək yekunlaşdırmaq niyyətindəyik.

Məlumat üçün deməliyəm ki, institutda bir sıra struktur dəyişiklikləri baş verdikdən sonra köhnə şöbələrin bir çoxu ləğv edilmiş, yerinə daha müasir şöbələr yaradılmışdır. Onlardan biri də monitorinq şöbəsidir. Bu şöbə dilimizin küçədə, meydanlarda, televiziyada, radioda, kütləvi informasiya vasitələrində düzgün işlənməsinə nəzarət edir, pozuntuları qeyd edərək müvafiq qurumlara təqdim edir və nöqsanların aradan qaldırılması üçün lazımi işlər görür. Bu istiqamətdə işlər Milli Televiziya və Radio Şurası ilə birlikdə həyata keçirilir. Biz artıq respublikanın bütün nazirlikləri ilə birlikdə işləyirik və hamıya gərəkli, dilimizin bütün yeni norma və qaydalarını özündə ehtiva edən sanballı kitab üzərində işləyirik. Eyni zamanda, orfoqrafiya lüğətinin də yenidən çap olunmasına çalışacağıq. Hazırda 104 minlik orfoqrafiya kitabı çapa hazırlanır və burada çoxlu yeniliklər öz əksini tapmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu gənc mütəxəssislərin zamanın tələblərinə uyğun hazırlanması üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu sahədə işlərimizi genişləndirmək məqsədilə bir sıra beynəlxalq təhsil proqramlarına qoşulmuşuq. Ötən qısa müddət ərzində bir çox gənc alimlərimiz xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak etmişdir. Bu istiqamətdə işlərimiz davam edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO