ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün 65 namizəd qeydiyyatdan keçib
Bakı, 12 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydıyyat aparılır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Bu gün saat 11:40-a olan məlumata görə, imtahan vermək üçün 65 (AB – 14, AC - 51) nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [13:24]
Türkiyəli incəsənət nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində
- 01.05.2024 [13:05]
BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub
- 01.05.2024 [12:53]