RƏSMİ SƏNƏDLƏR
İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 may 2015-ci il