REGİONLAR
İqtisadiyyat nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edib
![İqtisadiyyat nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edib](/files/2019/2/1200x630/1564749471321825522_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəlilabadda vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yerlərində məktəblərin və xəstəxananın tikintisi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər. Nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, tikinti materiallarının istehsalı, çiyələk istehsalı və emalı və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab olunub.
Qəbulda 30-dək vətəndaş iştirak edib. Qəbula gələnlər regionlarda vətəndaş qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.