İDMAN
İradə Qurbanova: Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır
![İradə Qurbanova: Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır](/files/2018/3/1200x630/1542454834586063153_1200x630.jpg)
Bakı, 17 noyabr, AZƏRTAC
Komandamız Dünya Kubokunda hələ ilk çıxışını yerinə yetirib. İki qarışıq cütlüyümüz də mübarizəyə qoşulacaq. Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə aparan Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova deyib.
Turnirin ölkəmizdə keçirilməsinin məsuliyyəti daha da artırdığını vurğulayan baş məşqçi deyib: “İlk çıxışda idmançılarımız məşqlərdə heç vaxt etmədikləri bəzi kiçik səhvlərə yol verdilər. Bu da təcrübə ilə bağlıdır. Ancaq onlar proqramın öhdəsindən gəldilər. Dünya kubokunda ən çətin rəqib Rusiya, Qazaxıstan və Belarus komandalarıdır. Onlar bundan öncə Dünya kuboklarında və Avropa çempionatlarında yer tutublar. Bizim komanda isə hələ ilk dəfədir bu proqramla çıxış edir”.