DÜNYA
İranlı nazir: Bəzi Qərb ölkələri insan hüquqlarını qorumaq adı altında digər dövlətlərin daxili işlərinə qarışır
Tehran, 16 dekabr, AZƏRTAC
Bəzi Qərb ölkələri insan hüquqlarını qorumaq adı altında digər dövlətlərin daxili işlərinə qarışır, onlara necə yaşamağı öyrətməyə çalışırlar. Bu zaman heç bir milli xüsusiyyət və beynəlxalq hüquq normaları nəzərə alınmır.
Bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda insan hüquqlarına həsr olunmuş konfransda deyib.
Nazir bildirib ki, İran İslam ölkəsidir və İslam qanunlarına əsasən insan hüquqları ən ali səviyyədə qorunur. İnsan hüquqlarının qorunması İranın daxili siyasətinin prioritet istiqamətini təşkil edir. Xarici siyasətdə isə İran zəiflərin hüquqlarının müdafiəsini rəhbər tutur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]