İRAQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SƏDDAM HÜSEYNƏ
Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim yaşayacaq və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2002-ci il