İribuynuzlu mal-qara arasında virus xəstəliyinə yoluxma halları getdikcə azalır
Bakı, 8 oktyabr (AZƏRTAC). Ölkə ərazisində iribuynuzlu heyvanlar arasında aparılan müalicə-pofilaktika tədbirləri sayəsində bunyavirus ailəsinə məxsus şmallenberq virusuna yoluxma halları getdikcə azalmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, hazırda 127 baş heyvanda simptomatik müalicə tədbirləri aparılır. Virus xəstəliyinə görə müalicə edilən bütün heyvanların sağlamlığı və məhsulvermə qabiliyyəti bərpa olunmuşdur. Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən 12-yə enmişdir.
Xəstəlik başlayandan indiyədək 158 baş iribuynuzlu heyvanın tələf olması faktı qeydə alınmışdır. Bu isə müalicəyə cəlb edilmiş heyvanların 0,06 faizini təşkil edir.
Məlumatda qeyd edilir ki, tələfat halları virus xəstəliyindən deyil, onunla yanaşı gedən qan-parazitar və digər xəstəliklərdən baş vermişdir. Tələf olan heyvanlar baytar nəzarəti altında basdırılır və ərazi dezinfeksiya edilir.
DBX virus xəstəliyinə tam nəzarət edir, bununla bağlı bütün baytarlıq tədbirləri vaxtlı-vaxtında həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]