CƏMİYYƏT
İslam ölkələrinin mütəxəssisləri halal standartlar üzrə təlimə cəlb olunublar
Bakı, 16 sentyabr (AZƏRTAC). Malayziyada Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Halal standartlar və islam ölkələri üçün uyğunluq infrastrukturu” mövzusunda təlim keçirilib. Təlimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə kosmetik və şəxsi gigiyena vasitələri, şəriət qaydaları bazasında keyfiyyətin idarə edilməsi sistemləri, halal əczaçılıq, sertifikatlaşdırmanın ümumi qaydaları, xarici sertifikatlaşdırma qurumlarının tanınması, halal sertifikatlaşdırma prosesinin sxemi, auditin aparılması və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbir iştirakçıları Malayziyanın halal qida və gigiyenik vasitələr istehsalı ilə məşğul olan iri şirkətlərinin fəaliyyəti, o cümlədən Malayziya Texniki Parkında Halal Test Mərkəzi ilə də tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]