İQTİSADİYYAT
İspaniya şirkəti binaların interyerində istifadə edilən bəzək daşlarını nümayiş etdirir
Bakı, 21 oktyabr (AZƏRTAC). “BakuBuild 2011” sərgisində ABŞ, Türkiyə, Koreya Respublikası, İspaniya və digər ölkələrin tanınmış şirkətlərinin daş-karxana işləri və dekorativ daşlardan düzəldilmiş tikinti məhsulları da ziyarətçilərin marağına səbəb olmuşdur.
Onlardan biri də İspaniyanın Mursiya şəhərinin “Grupo San Marino” şirkətidir.
Şirkətin satış üzrə meneceri Dieqo Martinez AZƏRTAC-a müsahibəsində təmsil etdiyi qurumun təbii daşların çıxarılması, ondan düzəldilmiş bəzək daşlarının ixracı sahəsində İspaniyada üç əsas şirkətlərdən biri olduğunu demişdir.
Onun sözlərinə görə, qabaqcıl texnologiyalar vasitəsilə düzəldilən bəzək daşları binaların, otellərin interyerində və dizaynında əvəzolunmaz rol oynayır.
Xarici bazarda 40 ildir ki, fəaliyyət göstərən şirkətin dünyanın beş qitəsində tərəfdaşları vardır.