İQTİSADİYYAT
İstehlakçıların elektrik enerjisi ilə təchizatı təmin olunur
Bakı, 1 avqust (AZƏRTAC). “Xırdalan” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin balansına aid olan enerji təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə mühüm işlər həyata keçirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 24,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu, ötən ilin eyni dövründəki istehlakdan 528 min kilovat-saat çoxdur. Ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizə yaxın artmışdır. Həmçinin daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 7,9 milyon kilovat-saatdan artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 699 min kilovat-saatdan çox artmış, ödənişdə artım 15 faiz qeydə alınmışdır.
Cari ilin 6 ayında müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 22,2 milyon kilovat-saatdan çox artaraq 191,2 milyon kilovat-saata yaxın olmuşdur.