Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İSVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB YORAN PERSSONA

Hörmətli cənab Baş nazir,

İsveç Krallığının milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətləri səmərəli əməkdaşlıq üçün möhkəm təməldir. Şübhəsiz ki, birgə səylərlə bütün imkanlardan xalqlarımızın rifahı naminə istifadə edə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin