RƏSMİ SƏNƏDLƏR
İSVEÇİN KRALI ƏLAHƏZRƏT XVI KARL QUSTAVA
Əlahəzrət,
İsveç Krallığının milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İsveç münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, genişlənməkdə olan əlaqələrimiz ölkələrimiz arasında əsl dostluq və əməkdaşlıq körpüsü salacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2002-ci il