ELM VƏ TƏHSİL
İsveçli mütəxəssis Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub
Bakı, 5 mart, AZƏRTAC
İsveç Krallığının Lund Universiteti Sosial İş Məktəbinin müəllimi Lupita Svensson Azərbaycan Universitetində sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün “İsveçin sosial rifah sistemi: dünən, bu gün və gələcək” mövzusunda mühazirə oxuyub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələr verilən tapşırıqları qrup şəklində müzakirə edərək fikirlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Universiteti ölkədə sosial iş ixtisasını tədris edən ilk özəl universitetdir. Bu ixtisas universitetdə 2009-cu ildən tədris olunur. 2013-cü ildən başlayaraq bu ali təhsil müəssisəsində ixtisasın magistratura səviyyəsinə qəbul həyata keçirilir.
Ölkəmizdə ilk dəfə sosial iş fakültəsi də bu ali məktəbdə yaradılıb. Azərbaycan Universiteti İsveçin Lund Universiteti ilə “Linnaeus –Palme” layihəsi çərçivəsində 2010-cu ildən əməkdaşlıq edir. Bu