İsveçrə Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq
Daşkənd, 25 iyun, АZƏRTAC
İsveçrə Özbəkistanın birinci Prezidentinin böyük qızı Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Baş prokurorluğu altı ildən artıq təhqiqat apardıqdan sonra bu qərara gəlib.
G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və bu vəsaitlər mərhələ-mərhələ geri qaytarılır.
Özbək mətbuatının verdiyi məlumata görə, Gülnara Kərimova həbsdə olsa da artıq yaxın adamları və vəkilləri vasitəsi ilə 1,2 milyard dolları Özbəkistana qaytarıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]