İQTİSADİYYAT
Keçən ay SOCAR 32,6 min ton dizel yanacağı ixrac edib
Bakı, 2 avqust, AZƏRTAC
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin iyul ayında 32 min 625 ton dizel yanacağı, 1968 ton təyyarə yanacağı, 6 min 360 ton yüksək təzyiqli polietilen, 586 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 976 ton maye piroliz qətranı, 2 min 504 ton propilen və 1058 ton butilen butadien fraksiyası ixrac edib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə cari ilin yanvar-iyul ayları ərzində 348 min 180 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 54 min 171 ton yüksək təzyiqli polietilen, 6 min 405 ton mütləqləşdirilmiş izopropil spirti, 37 min 277 ton maye piroliz qətranı, 24 min 662 ton propilen və 16 min 378 ton butilen butadien fraksiyası ixrac olunub.
İyulda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 509,92 ABŞ dolları, təyyarə yanacağının - 474,06 dollar, dizel yanacağının - 435,01 dollar, 1 faizli kükürdlü mazutun - 286,50 dollar, yüksək təzyiqli polietilenin 1163,75 dollar, butilen butadien fraksiyasının 515,66 dollar, maye piroliz qətranının - 509,92 dollar, propilenin 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin isə 1335 avro təşkil edib.